Sizin reklam burada

Mirzəyevlərin acı ailə dramı

Müəllif: football Tarix: 18-02-2018, 11:55 713 Baxış
Mirzəyevlərin acı ailə dramı
AFFA-nın sabiq prezidentinin oğlu kanala düşən maşından çıxa bilməyib
AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin oğlunun qəzada dünyasını dəyişdiyini xəbər vermidik. Anar Mirzəyevin həyatını itirdiyi hadisənin detalları məlum olub. Sabirabadın Həşimxanlı kəndinin çöllük ərazisində kanala düşən avtomaşında olan, Binəqədi rayonunda fəaliyyət göstərən “Lider Cola” şirkətinin 33 yaşlı rəhbəri suda boğularaq ölüb. Bununla bağlı Sabirabad rayon hüquq-mühafizə orqanlarından məlumat verilib. Hadisə fevralın 14-dən 15-nə keçən gecə baş verib. İçərisində üç nəfər olan “Jeep” markalı minik avtomobili Sabirabad rayonunun Həşimxanlı kəndindəki su kollektoruna aşıb.
Sərnişinlərin ikisi xilas olub, lakin sürücü - 1983 təvəllüdlü Anar Mirzəyev boğularaq ölüb. Məlumata görə Mirzəyev gecə saatlarında iki əmisi oğlu ilə birgə su kollektoruna balıq tutmağa gəlib. Lakin düzgün park edilməməsi nəticəsində maşın suya düşüb. Mərhumun qohumları sudan sağ-salamat çıxa biliblər. Avtomobilin qapısı bloklanıb, pəncərədən çıxmağa isə Mirzəyevin cüssəli olması mane olub. Bu səbəbdən də bədbəxt hadisə baş verib. Mərhum doğulduğu Tovuzun Dondar Quşçu kəndində atasının yanında dəfn olunub. Onu da xatırladaq ki, ötən il Ramiz Mirzəyevin qardaşı oğlu Orxan Mirzəyev də avtomobil qəzasında həlak olmuşdu.
RƏŞAD
SON XƏBƏRLƏR