Sizin reklam burada

Rəhimova və Kulanın məhsuldarlığı kifayət etmədi

Title
Rəhimova və Kulanın məhsuldarlığı kifayət etmədi
Qadın voleybolçular arasında Türkiyə çempionatında 20-ci turun oyunları keçirilib. “Fənərbaxça” köməkçi-məşqçi Ərdoğan Tavacının rəhbərliyi altında evdə “Vakıfbank”a uduzub – 1:3 (27:29, 17:25, 25:21, 20:25). Polina Rəhimova 24 xalla görüşün ən məhsuldar voleybolçusu olub. “Seramiksan” Manisada “Əczaçıbaşı” ilə bacarmayıb – 1:3 (25:23, 19:25, 11:25, 21:25). Odina Bayramova 12 xal toplayıb. “Beşiktaş” İstanbulda “Çanakkale Bələdiyyəsi”nə qalib gəlib – 3:1 (25:17, 25:19, 26:28, 25:18). Marqarita Əzizova qələbəni kənardan izləyib. “Bəylikdüzü” isə evdə “Qalatasaray”a müqavimət göstərə bilməyib – 0:3 (19:25, 20:25, 18:25). Yana Kulan 17 xalla komandasının ən məhsuldar oyunçusu olub. “Sarı-lacivərdlilər” 42 xalla əvvəlki kimi ilk “3-lüy”ü qapayır. “Qartal” 24 xalla 7-ci pillədə qərarlaşıb. “Bəylikdüzü” və “Seramiksan” 21 xalla 9-10-cu yerləri bölüşür. Növbəti tur “Qalatasaray” – “Beşiktaş” derbisi ilə əlamətdar olacaq. Həftəsonu həm də “Seramiksan” “Vakıfbank”ın, “Bəylikdüzü” “Nilüfər Bələdiyyəsi”nin, “Fənərbaxça” isə “Çanakkale Bələdiyyəsi”nin qonağı olacaq.
Bu arada Rusiya çempionatının pley-off mərhələsinin təqvimi müəyyənləşib. 1/4 finalın ilk oyunları bu gün, cavab görüşləri isə martın 5-də keçiriləcək. Xatırladaq ki, bu mərhələdə Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan “Dinamo”su “Saxalin”i sınağa çəkəcəksə, Kseniya Poznyakın kapitanı olduğu “Leninqradka” Moskva “Dinamo”su ilə münasibətləri aydınlaşdıracaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.