“Səbail” bir neçə gün öncə xəbər verdiyimiz legionerin transferini dünən rəsmən açıqladı. Samir Əliyevin baş məşqçisi olduğu komanda uqandalı hücumçu Faruku Miyanı heyətinə cəlb edib. Bundan öncə Belçikanın “Standard” klubunun şərəfini qoruyan Miya mövsümün sonuna qədər icarə əsasında “Səbail”də oynayacaq. Futbolçu “transfer pəncərəsi” dövründə PFL-də qeydiyyatdan keçirilsə də, premyer-liqanın qış fasiləsindən sonra keçirilən ilk turunda viza probleminə görə yeni komandasına qoşula bilməmişdi.