Sizin reklam burada

“Forza Neftçi” 150 fanatla “Kapital Bank Arena”ya gedəcək

Baxış Sayı:765

“Forza Neftçi” 150 fanatla “Kapital Bank Arena”ya gedəcək
16-cı turun mərkəzi qarşılaşması Sumqayıtda baş tutacaq. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan iki klub – “Sumqayıt” və “Neftçi” “Kapital Bank Arena”da üzə-üzə gələcək. Bu matçı maraqlı edən məqamlardan biri də azarkeş amilidi. İstər “ağ-göylər”in, istərsə də “ağ-qaralar”ın fanatları daim komandalarının yanında olur, onları dəstəkləyirlər. Oyuna marağın yüksək olduğunu nəzərə alsaq, şənbə günü stadionda anşlaq yaşanacağı gözləniləndi. Ancaq bir əmma var ki, “Kapital Bank Arena”nın tutumu azdı. “Kimyaçılar”ın ev oyunlarını keçirdiyi arenada cəmi 1326 oturacaq var ki, bu da əksər vatxlarda tərəfdarların ayaqüstə qalmasına gətirib çıxarır. Ötən sayımızda “Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədov “Neftçi” rəhbərliyinin azarkeşlərlə bağlı meydan sahiblərinə müraciət etmədiyini bildirmişdi. Rəşad bəy onu da qeyd etmişdi ki, qarşı tərəf müraciət edəcyi halda belə limitdən kənar qonaq azarkeşlərə yer ayıra bilməyəcək. Çünki Sumqayıtda oyuna maraq yetərincə böyükdü.
Məmmədovun səsləndirdiyi fikirlərlə bağlı onun “Neftçi”dəki həmkarı Anar Şabanoğlunun da mövqeyini öyrənməyi lazım bildik: “Klubun rəsmi fanklubu olmadığından biz rəqib komandaya biletlə bağlı müraciət etmirik. Sadəcə, bildiririk ki, azad azarkeş qruplarımıza yer ayırsınlar. Ancaq onların da neçə nəfər olacağını əvvəlcədən proqnozlaşdırmaq olmur. Əsasnamədə göstərilib ki, meydan sahibi olan klub qonaq tərəfdarlara müəyyən limit civarında yer ayırmalıdı. Biz də bundan yararlanacağıq”.
“Ağ-qaralar”ın azad azarkeş qrupu dedikdə, heç şübhəsiz ki, ağıla ilk gələn “Forza Neftçi” olur. Fəallığı və çılğınlığı ilə seçilən fanklub üzvləri komandanın doğma meydanda və ya səfər oynamasından asılı olmayaraq, daim tribunalarda olur, səsləndirdikləri şüarlar və açdıqları pankartlarla sevimlilərini irəli səsləyirlər. Sumqayıtla paytaxt arasında məsafənin yaxın olduğunu nəzərə alsaq, “Forza Neftçi”lilərin sabah “Kapital Bank Arena”ya üz tutacağı gözləniləndi. Bəs görəsən, “gənclik şəhəri”ndəki matçda onların sayı nə qədər olacaq? Meydan sahibləri onlara istənilən qədər yer ayırmayacağı təqdirdə hansı addımları atacaqlar?
Bu suallara cavab tapmaq üçün fanklubun rəhbəri Sübhan Əliyevlə əlaqə saxladıq. Sübhan bəy də Sumqayıtdakı arenanın tutumunun az olmasından narahat olduğunu bildirdi: “Şənbə günü keçiriləcək matçda “Forza Neftçi”nin ən azı 150 üzvü komandaya dəstək olacaq. Artıq bu yöndə işlər aparılır. Oyunun hər iki komanda üçün hansı əhəmiyyət daşıdığını yaxşı başa düşürük. Məhz buna görə də həmin gün Sumqayıtda olmağımız vacibdi. “Kapital Bank Arena”nın tutumunun az olması həmişə bizə problem yaradıb. Rəqib komandanın rəsmilərinin bizə ayırdığı yer az olduğundan fanatlarımızın əksəriyyəti oyunu ayaqüstə izləməli olur. Bununla yanaşı, düşərgəmiz də iki hissəyə parçalanmaq məcburiyyətində qalır ki, bu da kollektiv dəstək verməyimizə mane olur. Sumqayıtda keçirilən oyunların bir çoxunda tərəfdarlarımız qapı arxasında dayanmalı olur. İnanmıram ki, bu dəfə polislər bizə mane olsunlar. Ora açıq yerdi, kim istəyirsə, durub oyunu izləyir. Bizə qarşı ayrıseçkilik etsələr, onda gərək öz tamaşaçılarını da ordan uzaqlaşdırsınlar. İnşallah, hər şey yaxşı olar. Komandamız da qələbə qazanıb bizləri sevindirər”.
RƏŞAD

Oxşar xəbərlər
{related-news}
SON XƏBƏRLƏR