AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev yol qəzasında dünyasını dəyişib. Hadisə fevralın 14-də gecə saatlarında Sabirabad rayonunun Həşimxanlı kəndində baş verib. “Jeep” markalı avtomobil su kanalına aşıb və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri sərnişin, 1985 təvəllüdlü Mirzəyevin cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb, aidiyyatı üzrə təhvil veriblər. Anar Mirzəyev dünən Tovuz rayonunun Dondar Quşçu kəndində atasının yanında dəfn olunub.
Qeyd edək ki, 2003-07-ci illərdə AFFA prezidenti vəzifəsində çalışan Ramiz Mirzəyev 2007-də dünyasını dəyişib.