Məlum olduğu kimi, Məşqçilər Komitəsi (MK) yarananda qurumun beş üzvündən biri Şahin Diniyev idi. Ancaq sonradan “Kəpəz” ona həvalə olundu və mütəxəssis avtomotik MK-dan çıxdı. Bir müddət onun yerini işsiz mütəxəssislərdın birinin tutacağı deyilsə də, sonda bu baş vermədi. Artıq noyabrdan Şahin bəy Gəncə təmsilçisindən ayrılıb. Görəsən, o yenidən MK-da yer ala bilərmi? Ümumiyyətlə, bu məsələ müzakirə olunub?
Komitənin sədri Vaqif Sadıqovla danışdıq: “Bu haqda nəsə deyə bilmərəm. Çünki məsələ müzakirə olunmayıb. Kimin komitədə olacağı rəhbərliyin qərarıdı. Bundan başqa, Şahin müəllimin fikirlərini də bilmirik. Bəlkə fəaliyyətini məşqçi kimi davam etdirmək istəyir. Bir sözlə, bu məsələdə bir sıra məqamlar nəzərə alınmalıdı”.
FARİZ