• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Araz”la izləyicisindən “quru” qələbələr

Ölkə futbolu

16-02-2018, 07:0

“Araz”la izləyicisindən “quru” qələbələr
Alesio yenə həmyerlilərinə arxalandı
Dünən Bakı İdman Sarayında futzal üzrə yüksək liqanın 15-ci turunun oyunları start götürdü. Heç şübhəsiz, turun mərkəzi qarşılaşması "Ekol" - "Araz" dueli idi. Bu komandalar arasında ilk iki dövrədə baş tutan hər iki oyunda son çempion 2:1 hesabı ilə qalib gəlmişdi. Avropa çempionatından yorğun, ən əsası psixoloji zədə ilə dönən "Araz"ın oyunçularının (hər halda, yığmada əsas yük Naxçıvan təmsilçisinin üzvlərinin üzərinə düşüb) yüksək liqa matçına necə çıxacağı maraq doğururdu. Əvəzində "Ekol" fasilədən yararlanıb Qubada hazırlıq keçmişdi. Joze Alesio da Silva həmçinin qitə birinciliyində zədələnən İsa Atayevin xidmətindən məhrum idi. Bununla belə, "Araz" yeni transferi, iranlı Rza Toloyinin adını ilk dəfə protokola daxil etmişdi. Hadisələri qabaqlayaraq qeyd edək ki, baş məşqçi nə güneyli soydaşımıza, nə də FK.İD-dən icarədən dönən Adil İsmayılova bir dəqiqə belə şans vermədi. Ümumiyyətlə, Alesionun heyət seçimi "qırmanclanmalıdı”. O, çempionat matçına da ilk dəqiqələrdən üç braziliyalı ilə çıxdı. Halbuki "Araz"ın qarşısındakı komanda tam yerlilərdən qurulub. O başqa məsələdi ki, görüşün taleyini əsasən "sambaçılar” həll etdi. Üç qoldan ikisini məhz baş məşqçinin həmyerliləri vurdu.
İnsafən, "Ekol" pis təsir bağışlamadı. Naxçıvanlıların qol arayışı ilk yarının başa çatmasına saniyələr qalmış nəticə verdi. Tyaqo "şirkət təmsilçisi"nin müdafiəsini yarmağı bacardı. Buna qədər Xətai Bağırovun zərbəsi dirəkdən dönmüşdü. Ümumiyyətlə, birinci hissədə hər iki komandanın erkən qol vurmaq imkanı oldu. “Ekol”dan Namiq Məmmədkərimov rəqib torunu silkələyə bilərdi. İkinci hissənin əvvəlində isə Eduardo rəqibin cərimə meydançasında yaranan qarışıqlıqdan yararlanıb dabanıyla topu qapıdan keçirdi. “Ekol” standart vəziyyətdən sonra dərhal bu qollardan birinin əvəzini çıxmağa yaxın oldu. Radik Əhmədovun dirəyin dibinə ötürməsini kapitan qapıya istiqamətləndirsə də, son anda Rövşən Hüseynli rəqibin fərqlənməsinə imkan vermədi. Qalan dəqiqələrdə Tyaqo iki dəfə dirəyi nişan aldı. Hesab isə sonuncu dəqiqədə dəyişdi. Alesionun yetirmələrinin son qolu boş qapıdan keçirdiyini də qeyd edək. Əslində son bir neçə dəqiqəni "Araz" qapıçısız oynayırdı. Final fitinə 36 saniyə qalmış rəqib qolkiperin irəli çıxdığını görən Çovdarov aşırma zərbə ilə “çərçivə”yə düşdü. Beləliklə, naxçıvanlılar günün ikinci oyununun nəticəsindən asılı olmayaraq, lider mövqeyində möhkəmləndi.
Digər qarşılaşmada debütantlar münasibətləri aydınlaşdırdı. Turnir cədvəlinin fərqli mövqelərində yer alan komandaların duelində favorit “Marafon” idi. Qış fasiləsində iki iranlı futzalçı ilə vidalaşan, əvəzində Belarusdan 2 oyunçu dəvət edən komanda matçda hesabı açan tərəf oldu. Üstünlüyünü 10-cu dəqiqədə qola çevirən “Marafon”un heyətində Omid fərqləndi. Komandaların çabalarına baxmayaraq, nə fasiləyədək, nə də ikinci yarıda başqa qol vurulmadı və beləcə qarşılaşma futzal üçün ənənəvi olmayan hesabla başa çatdı.
Qeyd edək ki, “Neftçi” – “Yasamal” FK oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.
15-ci tur
Ekol – Araz 0:3 (0:1)
Ekol: 99. Emin Kürdov, 4. Fərid Atakişiyev, 9. Əsgər Abasov, 11. Namiq Məmmədkərimov (k), 14. Zaur Fərziyev; 1. İntiqam Babayev, 2. Radik Əhmədov, 7. Sərxan Məstiyev, 10. Samir Həmzəyev, 13. Taleh Ağayev, 17. Fərid Ələkbərov, 33. Ələsgər Ələsgərli.
Baş məşqçi: Radik Əhmədov.
Araz: 1. Rövşən Hüseynli, 6. Eduardo, 3. Tyaqo, 8. Rizvan Fərzəliyev (k), 13. Qallo; 19. Anar Məmmədov, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 9. Oktay Rüstəmli, 10. Rza Toloyi, 18. Adil İsmayılov.
Baş məşqçi: Joze Alesio da Silva.
Qollar: Tyaqo, 20 (0:1). Eduardo, 25 (0:2). R.Çovdarov, 40 (0:3).
Vərəqələr: X.Bağırov, 8. R.Çovdarov, 17. N.Məmmədkərimov, 33. Eduardo, 40 – sarı
Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Azad Hüseynov.
Hakim-inspektor: Ağarza Rzayev.
14 fevral. Bakı İdman Sarayı.

FK.İD – Marafon 0:1 (0:1)
FK.İD: 1.Ümid Paşayev, 7. Rəcəb Fərəczadə, 8. Nihad İsmayılov, 9. Elşən İbrahimxəlilov, 10. Faiq Əliyev; 12. Ramil Həsənzadə (k), 4. Elvin Quliyev, 5. Asif Zeynalov, 6. Anar Ağayev, 13. Ağatahir Əzimov.
Baş məşqçi: Rəfael Adbulov.
Marafon: 12. Kəsra Mehdipur, 10. Seymur Məmmədov, 7. İlkin Hacıyev, 9. Omid Talebi, 13. Məcid Moravati; 2. Kamran Hacıyev, 8. Renat Sultanov (k), 11. Vasili Jarikov, 20. Sergey Çumakov, 4. İbrahim Zeynalov, 22. Tofik Əliyev, 77. Vyaçeslav Tservo, 99. Rüstəm Bağırzadə.
Baş məşqçi: Elşad Quliyev.
Qol: O.Talebi, 10.
Vərəqələr: R.Fərəczadə, 1. S.Çumakov, 1. F.Əliyev, 32 – sarı.
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Kənan Məlikov.
Hakim-inspektor: Şahin Cəfərov.
14 fevral. Bakı İdman Sarayı.
1. Araz 13 12 1 0 82-14 37
2. Marafon 13 10 0 3 46-23 30
3. Ekol 13 7 1 5 42-35 22
4. FK.İD 13 4 3 6 43-43 15
5. Neftçi 12 4 3 5 33-34 15
6. Yasamal 12 2 0 10 32-81 6
7. Xəmsə 12 0 2 10 29-77 2
Bombardir: Renat Sultanov (Marafon) – 16.
MİRAĞA

Oxunub: 1 000
Paylaş:
Digər xəbərlər

İdman

23-10-2021, 17:0

"Araz-Naxçıvan"ın oyunu təxirə düşdü

Ölkə futbolu

18-11-2018, 12:0

Bir oyun təxirə salındı, məkan dəyişdi

Ölkə futbolu

14-09-2018, 22:0

Yüksək liqanın təqvimi açıqlandı

İdman

24-04-2022, 00:0

EKOL-un kapitanı çempionluq anonsunu verdi - AÇIQLAMA

Aktual
Milli komandanın üzvü "Araz-Naxçıvan" yolunda - AÇIQLAMA
Qeyri-etik hərəkətə yol verən futbolçunun aqibəti necə olacaq? - AÇIQLAMA
"Öz səylərimizlə dünyada sülhə də töhfə vermək istəyirik" - Çu Çunq-Von
“Səbail” azarkeşləri Tovuz səfərinə gecikdiklərinə görə sevinirlər
Aslan Kərimov: “Qarabağ”ı tərk edirsə, daha yaxşı kluba keçməliydi”
“Zirə” azarkeşləri bunu həmişə edir
Son xəbərlər
  • Bu gün, 17:55
    38-ci dəfə çempion oldular
  • Bu gün, 17:22
    "Qəbələ"nin azarkeşləri niyə aranı qarışdırıb? - AÇIQLAMA
  • Bu gün, 17:19
    “Neftçi” hesabı açdı - YENİLƏNİR
  • Bu gün, 16:51
    “İrəvan”, “Araz” və “Karvan”a kim qoşulacaq?
  • Bu gün, 16:21
    Koman ardıcıl 11 ildi, çempion olur!
  • Bu gün, 15:51
    Messi Ronaldonun rekordunu ələ keçirdi
  • Bu gün, 15:21
    ''İnter''in qələbəsi Türkiyə çempionunun işinə yaradi
  • Bu gün, 14:51
    Kılıçdaroğlu: ''Qalib gəlsəm, oyunlar TRT-də yayımlanacaq''
  • Bu gün, 14:21
    Ronaldo Ərəbistanda ilk mövsümü titulsuz başa vurdu
  • Bu gün, 13:51
    ''Prezident məni yaxın münasibət üçün transfer etmişdi''
  • Bu gün, 13:21
    “Sumqayıt” sabiq qapıçısını qaytarır
  • Bu gün, 12:51
    "Barselona"dan Fati qərarı
  • Bu gün, 12:21
    Rekord ilə premyer-liqaya
  • Bu gün, 11:55
    Messi Alveşə çatdı
  • Bu gün, 11:21
    "Lans" 24 ildən sonra
  • Bu gün, 10:52
    Neveşə iki müştəri
  • Dünən, 23:53
    Sakanın satış qiyməti bəlli deyil
  • Dünən, 23:42
    Salahın aqibəti necə olacaq?
  • Dünən, 23:31
    “Real”ı tərk edəcək
  • Dünən, 23:20
    Para-atletimiz dünya çempionatına lisenziya qazanıb
  • Dünən, 23:09
    "Səbail" "Şamaxı"nı belə məğlub etdi - VİDEO
  • Dünən, 22:58
    "Hamını "Şamaxı"nın premyer-liqada saxlanılması üçün səsləyirəm" - Şahin Diniyev
  • Dünən, 22:47
    Milli komandanın üzvü "Araz-Naxçıvan" yolunda - AÇIQLAMA
  • Dünən, 22:36
    "İstəyərdik ki, çempionatda 12 komanda olsun" - Vüqar Əsgərli
  • Dünən, 22:25
    "Səbail" "Şamaxı"nı birinci diviziona göndərdi
  • Dünən, 22:14
    Ağır atletika üzrə ölkə birincilikləri tarixində yeni rekordlar
  • Dünən, 21:53
    "Bu gün qınanılası bir şey yoxdu" - Samir Abasov
  • Dünən, 21:32
    "Zirə"nin "Sumqayıt" üzərində böyükhesablı qələbəsi - VİDEO
  • Dünən, 21:11
    "Qəbələ" avrokuboklara belə vəsiqə qazandı - VİDEO
  • Dünən, 20:50
    "İnkişaf etmək istəyiriksə, futbolçuların da maaşları qalxmalıdı" - Elmar Baxşıyev
  • Dünən, 20:29
    "Şamaxı" əsas qapıçısını itirdi - FOTO
  • Dünən, 20:18
    "Rəhbərlik tərəfindən qarşımıza dördüncü yeri tutmaq hədəfi qoyulmuşdu" - Rəşad Sadıqov
  • Dünən, 19:57
    "Qarşımıza qoyulan məqsədin öhdəsindən gəldik" - Tərlan Əhmədov
  • Dünən, 19:36
    Konfrans Liqasına son vəsiqəni "Qəbələ" qazandı
  • Dünən, 19:05
    Misli premyer-liqasında 36-cı turun son iki oyununun təyinatları
Daha çox
Oxunub: 2 838
Şeydayev nə üçün "Qarabağ"dan ayrılmaq eşqinə düşüb?
Oxunub: 2 374
Fransalı futbolçu "Qarabağ"da - RƏSMİ
Oxunub: 2 037
“Mxitaryanın soyadı yazılan formanı erməni kəşfiyyat orqanlarından yox, “Memi”dən əldə etmişəm” - Azərbaycanın ittiham etdiyi müəllim “Futbol+”ə danışdı
Oxunub: 1 490
Türkiyə klubu “Neftçi”nin işini çətinləşdirdi
Oxunub: 968
MOİK futbolçuları hansı oyunu qumara qoyub?
Oxunub: 558
“Mən olduğum masada heç bir futbolçu milli ilə bağlı pul söhbəti edə bilməz!”
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə