Sizin reklam burada

Dario Federiko “Keşlə”yə qarşı oynayacaq

Title
Dario Federiko “Keşlə”yə qarşı oynayacaq
“Kəpəz”in “Neftçi”yə məğlub olmasında Dario Federiko kimi önəmli fiqurun meydana çıxmaması öz təsirini göstərdi. Yunis Hüseynovun aparıcı fiqur gözüylə baxdığı braziliyalının transfer vərəqi Cənubi Koreyadan düzgün göndərilməmişdi deyə, proses müəyyən vaxt apardı. Hansısa klub rəsmisinin məsuliyyətsizliyindən əziyyət çəkən isə Dario və onun komanda yoldaşları oldu.
İstedadlı yarımmüdafiəçi “Keşlə”yə qarşı oynaya biləcək. Belə ki, “sambaçı”nın sənəd problemi yoluna qoyulub deyə, həftəsonu meydana çıxmasında heç bir problem yoxdu. Maraqlıdı ki, əvvəllər olduğu kimi “10”u yox, təvəllüdünə uyğun olaraq “91”i geyəcək. Çünki “10”u gəncəli Tural Rzayev “özəlləşdirib”.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.