Sizin reklam burada

Polina Rəhimova baş məşqçisiz qaldı

Title
Polina Rəhimova baş məşqçisiz qaldı
Qadın voleybolçulardan ibarət yığmamızın lideri Polina Rəhimova baş məşqçisiz qalıb. Cari mövsümdən “Fənərbaxça”nın formasını geyən hücumçunun komandası son bir ayda qeyri-sabit çıxışla azarkeşlərini üzür. Belədə “sarı-lacivərdlilər”in çalışdırıcısı Jan De Brandt istefaya göndərilib. Vaxtilə “İqtisadçı”da işləmiş belçikalı mütəxəssisin “Fənər”dəki ikinci dönəmi heç bir mövsüm çəkməyib. Halbuki 2010-cu ildə bu komanda məhz Brandtın rəhbərliyi altında dünya çempionu olmuşdu. Hazırda “Fənərbaxça” yerli çempionatda ilk “3-lüy”ü qapayırsa, Çempionlar Liqasında qrupda üçüncüdü. Hələ ki komandanın yeni baş məşqçisi müəyyənləşməyib.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.