Hövsan Olimpiya İdman Kompleksində üzgüçülük üzrə “Qızıl balıq” turniri keçirilib. Birincilikdə 174 idmançı iştirak edib. 50 metr məsafəyə arxasıüstə üsulla Valeriya Vaskovskaya (Sərhədçi), Rahib Hümbətzadə (Sərhədçi), 50 metr məsafəyə sərbəst üsulla Yelizaveta Boqatıryova (Modern), Əsgər Yaşar (Akvatik), 50 metr məsafəyə batterflay üsulla Leyla Babayeva (Kristal), Çingiz Fəttahov (Şüa), 100 metr məsafəyə sərbəst üsulla Nikol Matyuşenko (Şüa), Oqtay Hüseynov (Şüa), 100 metr məsafəyə qarışıq üsulla Valeriya Vaskovskaya (Sərhədçi), Əsgər Yaşar (Akvatik), 50 metr məsafəyə brass üsulla Valeriya Vaskovskaya (Sərhədçi) və Beker Timur (Sərhədçi) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.