Paytaxtın ən yaxşı şahmatçısı bəllidi

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) Respublika Şahmat Mərkəzində 16 yaşadək qızlar arasında şahmat üzrə Bakı çempionatı keçirilib. Hesabına 4 xal yazan Zəhra Tağıyeva çempion olub. Ondan 0,5 xal geri qalan Vəfa Əlibəyova ikinci, 3 xal toplayan Mehin Əhmədova üçüncü yeri tutub.