thumb=left]http://www.football-plus.az/uploads/posts/2018-02/1518748711_83d410.jpg[/thumb]
Milli Karate Federasiyasında İdarə Heyətinin, məşqçilərin və əsas yığmanın üzvlərinin iştirakı ilə iclas keçirilib. İclasda bir neçə məsələ müzakirə olunub və qərarlar verilib. Millinin məşqçilər heyətində yeni təyinatlar olub. İdarə Heyətinin qərarı ilə Şahin Xudaverdiyev kişilərdən ibarət yığmanın baş məşqçisi səlahiyyətlərini müvəqqəti icra edəcək. Qurban Tağıyev böyük məşqçi, Seymur Hüseynovla Rəşad Hüseynov isə baş məşqçinin köməkçiləri təyin olunub. Qadınlardan ibarət millini Anar Allahverdiyev çalışdıracaq. Bu mütəxəssis həm də yeniyetmə və gənclərdən ibarət yığmanın baş məşqçisidi. Federasiya prezidenti Yaşar Bəşirov, 1-ci vitse-prezident Fərid Əsgərov, vitse-prezident Rəhman Hətəmov, baş katib Mirhəsən Seyidov, həmçinin İdarə Heyətinin üzvü Fizuli Musayev yeni təyinatlarla bağlı məşqçilər heyəti və milli üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıb. AMKF rəhbərliyi qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün daha effektli fəaliyyətin vacib olduğunu xatırladıb.
Əməkdar məşqçi Şahin Xudaverdiyev rəhbərlik tərəfindən ona göstərilən etimada görə təşəkkürünü bildirərək, bundan sonra da təcrübəsini yüksək uğurlar qazanmağa yönəldəcəyini söyləyib.
Yığıncaqda həmçinin əsas komandanın bu il keçiriləcək nüfuzlu yarışlara hazırlıq işləri, idmançıların vitaminləşdirmə prosesi, dopinqlə mübarizədə nəzarətin gücləndirilməsi və başqa məsul öhdəliklər müzakirə olunub.
Yeri gəlmişkən, İspaniyanın Qvadalaxara şəhərində 82 ölkədən 1354 idmançının mübarizə apardığı nüfuzlu A seriyası turnirinə qatılan idmançılarımız yarışı mükafatsız başa vurub. Karateçilərdən yalnız Rafiz Həsənovla (67 kq), Pənah Abdullayev (-84 kq) bürünc medal qazanmaq imkanı əldə etsələr də, təsəlliverici görüşlər uğursuz nəticələnib. Ancaq onlar dünya reytinqində xal ehtiyatını artırıb.
Bu gün isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Premyer Liqa” turniri start götürəcək. Fevralın 18-dək davam edəcək yarışda ölkəmizi Firdovsi Fərzəliyev, Tural Ələkbərli (hər ikisi 60 kq), Niyazi Əliyev, Tural Ağalarzadə, Rafiz Həsənov (hamısı 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Turqut Həsənov, Pənah Abdullayev (hamısı 84 kq), Şahin Atamov, Asiman Qurbanlı, Əli Cəfərov (hamısı +84 kq), Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və Fəridə Əliyeva (+67 kq) təmsil edəcək.
Roman Heydərov fərdi, Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyev isə ilk dəfə komanda kata yarışında çıxış edəcək. Ümumilikdə Dubayda 74 ölkədən 626 karateçi mübarizə aparacaq.

Son xəbərlər

Yunan-Roma güləşində yeni rekord

"Barselona"nın futbolçusu "Mançester Yunayted"də

"Qarabağ"ın səhmləri satışa çıxarıldı

Millimiz Andorraya uduzdu

"Qarabağ" ikinci yoldaşlıq oyununda da bərabərə qaldı - YENİLƏNİB

Güləşçilərimiz Avropa çempionatında daha 2 medal qazandı

Paralimpiyaçılarımızdan daha 4 medal

Güləşçimiz Avropa çempionatının finalında

"Çelsi" Rafinyanı transfer edir

Gənclər və İdman Nazirliyində kollegiya iclası keçirilib

"İstədiyimiz oyunçuların komandaya qoşulacağına inanıram" - Elmar Baxşıyev

"Qalatasaray" məşhur hücumçunu transfer edir

"Barselona" Levandovski üçün israrlıdı - Məbləği artırdı

"Qarabağ"ın oyunundan fotolar

"Zirə" məğlub oldu - YENİLƏNDİ

Lanqle İngiltərəyə gedə bilər

Region Kubokunun qalibi bəlli oldu - YENİLƏNDİ

"Qəbələ"nin sabiq üzvünün yeni klubu bəlli oldu

“Turan Tovuz” üçün şad xəbər: 1-i gəldi, 3-ü yoldadı

"Sumqayıt"da "yarpaq tökümü" davam edir: bu dəfə idman direktoru getdi

"Neftçi" ilə 2 illik müqaviləyə imza atan Regekampf indi də ...

"Cavab matçını evdə keçirməyimiz yaxşıdı" - Veşoviç

"Qarabağ" Almaniya klubu ilə bacarmadı - YENİLƏNİR

"Lex" heyətini gücləndirdi

"Turan Tovuz" "Neftçi"dən bu futbolçunu icarəyə götürdü

Portuqaliya Azərbaycana rəqib oldu

Baş məşqçi israr edir, Türkiyə klubu Ovusudan əl çəkmir

Transfer dosyesi - YENİLƏNİR

"Sabah"ın daha bir üzvü "Turan Tovuz"da

"Tam hazır olmasaq belə, döyüşəcəyik" - "Aris"in baş məşqçisi

Polad Həşimovun xatirəsinə həsr olunan ölkə birinciliyi başa çatıb

"Qarabağ"ın rəqibində gərginlik: baş məşqçi narazıdı

Kişilərdən ibarət milli komanda təlim-məşqlərə start verdi

"Neftçi" Türkiyədə 3 yoxlama oyunu keçirəcək

"Sabah"ın üzvü "Turan Tovuz"da - RƏSMİ

“Qəbələ”nin rəqibi təcrübəli hücumçusunu itirdi

"Sabah" qapıçı problemini necə həll edəcək? - AÇIQLAMA

"Bu hazırlığın faydasını gələcək oyunlarda görəcəyik" - Millinin baş məşqçisi

Krivotsyuk "Visla"ya lazım olmadı

Mahir Emreli oyunundan narazıdı

"Qarabağ"ın rəqibinin ilk qələbəsi

Azərbaycan Maltaya uduzdu

Mahir Emreli fərqləndi, "Dinamo" darmadağına sevindi - VİDEO

''Yuventus'' Türkiyə yığmasının forvardı ilə maraqlanır

Favr “Nitsa”ya qayıtdı, Qaltye isə Parisə yollanır

Bütün xəbərlər