
İstanbulda taekvondo üzrə klublararası Avropa çempionatının ardınca G1 kateqoriyalı “Turkish Open” turniri start götürüb. Yarışın ikinci günündə idmançılarımızdan ikisi fərqlənib. Cavad Ağayev (63 kq) və Minayə Əkbərova (44 kq) yalnız finalda məğlub olaraq, gümüş medalla kifayətlənib.