Sizin reklam burada

Yığma üzvləri üçün məhsuldar həftə

Title
Yığma üzvləri üçün məhsuldar həftə
Qadın voleybolçular arasında Rusiya superliqasında təsnifat mərhələsi başa çatıb. Sonuncu – 18-ci turda Kazan “Dinamo”su səfərdə “Proton”a qalib gəlib – 3:1 (21:25, 25:22, 25:21, 25:18). İlk iki setdə oynayan Natalya Məmmədova hesabına cəmi 3 xal yazıb. “Leninqradka” Moskvada yerli “Dinamo”yla bacarmayıb – 1:3 (26:24, 12:25, 16:25, 10:25). Bu görüşdə Kseniya Poznyak Sankt-Peterburq komandasının heyətində yer almayıb. Beləliklə, Kazan klubu 51 xalla təsnifat yarışının qalibi olub. Pley-offda “Dinamo” 8-ci olan “Saxalin”i sınağa çəkəcək. 21 xalla 7-ci yeri tutan “Leninqradka” isə yalnız kazanlılardan geri qalan Moskva “Dinamo”su ilə münasibətləri aydınlaşdıracaq.
Türkiyə Sultanlar Liqasında 19-cu turun oyunları keçirilib. “Fənərbaxça” səfərdə “Əczaçıbaşı”ya uduzub – 1:3 (25:18, 21:25, 15:25, 19:25). Polina Rəhimova 21 xalla komandasının ən məhsuldar oyunçusu olub. “Bəylikdüzü” İstanbulda “Beşiktaş”ı üstələyib - 3:2 (29:27, 15:25, 25:18, 21:25, 15:13). Yana Kulan bu görüşə də damğa vurub. Yığma üzvü 28 xalla qarşılaşmanın ən məhsuldar oyunçusu olub. “Qartal”ın heyətində Marqarita Əzizova 2 xalla təsəlli tapıb. “Seramiksan” Ankarada aşkar autsayder “İlbank”ı çətinlik çəkmədən məğlub edib - 3:0 (25:11, 25:23, 25:21). Odina Bayramova meydanda olduğu bir neçə dəqiqə ərzində xal qazanmayıb. “Fənərbaxça” əvvəlki kimi 43 xalla ilk “3-lüy”ü qapayır. 22 xalı olanlardan “Seramiksan” 8-ci, “Beşiktaş” 9-cu yerdədi. Onlardan bir xal geri qalan “Bəylikdüzü” isə 10-cu pillədə qərarlaşıb. Növbəti turda “Fənərbaxça” “Vakıfbank”ı, “Bəylikdüzü” “Qalatasaray”ı, “Seramiksan” “Əczaçıbaşı”nı, “Beşiktaş” isə “Çanakkale bələdiyyəsi”ni qəbul edəcək.
Fransa çempionatında 17-ci tur geridə qalıb. “Le-Kann” evdə turnir cədvəlinə başçılıq edən “Beyzers”dən güclü olub - 3:2 (25:22, 17:25, 17:25, 25:20, 15:13). Alyona Həsənova 18 xalla qələbədə pay sahibi olub. “Venell” isə səfərdə “Mülhauz”a müqavimət göstərə bilməyib – 0:3 (21:25, 24:26, 17:25). Anastasiya Qurbanova 9 xal toplayıb. “Le-Kann” 32 xalla 4-cü sırada yer alıbsa, “Venell” 25 xalla 6-cıdı. Növbəti turda “Le-Kann” “Paris” səfərinə yollanacaqsa, “Venell” “San-Rafael”i qəbul edəcək.
İtaliya A seriyasında “Skandiççi” azarkeşləri önündə “Qrima Leqnano”ya şans verməyib – 3:0 (25:14, 25:13, 25:17). Yelizaveta Səmədova bu matçı da kənardan izləyib. 42 xalla ilk “3-lüy”ü qapayan “Skandiççi” 20-ci turda “Konelyano”nun qonağı olacaq.
Ukraynanın kişi voleybolu üzrə çempionatında isə 20-ci tur geridə qalıb. Vasif Talıbovun baş məşqçisi olduğu VNAU səfərdə “Lokomotiv”ə uduzub – 2:3 (22:25, 25:22, 25:21, 23:25, 17:19). 42 xalla 3-cü pillədə qərarlaşan həmyerlimizin komandası növbəti turda evdə “Barkom”la münasibətləri aydınlaşdıracaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.