Evren Alkaya “Sərhədçi” basketbol komandasının baş məşqçisi təyin olunub.
"Football-plus.az" xəbər verir ki, o, bu barədə açıqlama verib:
"Yeni oyunçuların uyğunlaşma prosesini tez keçib liqanın ikinci yarısına sürətli və yaxşı başlamaq istəyirik. “Sərhədçi” dəyərli klubdu. Mövsümün əvvəlindən izləyirəm, çox sevdiyim kollektivdi. Sadəcə, bu il istədikləri nəticələri ala bilmədilər. Həm mövsümə gec başladılar, həm də hərbi xidmətdə olan oyunçulara görə müəyyən çətinliklər yaşandı. Artıq iş sırası bizdədi. Ölkə kubokunadək komandanı güclü səviyyəyə çatdıracağıq".