U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi növbəti oyunun yeri və başlama saatı dəqiqləşib. Yığmanın martın 22-də Kosovo ilə keçirəcəyi səfər qarşılaşması Mitrovitsa şəhərində baş tutacaq. Görüş Adəm Yaşari Olimpiya stadionunda, Bakı vaxtı ilə saat 22.00-da başlayacaq. Bu qarşılaşma Rəşad Sadıqovun rəsmi oyunlarda debütü ilə əlamətdar olacaq. İndiyədək U-21-i yalnız yoxlama görüşlərinə çıxaran gənc mütəxəssis seçmə mərhələdə ilk dəfə baş məşqçi funksiyasını yerinə yetirəcək.
Xatırladaq ki, 5 oyundan sonra hesabında 1 xal olan komandamız turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.