Sizin reklam burada

Şehiçi yenə təriflədilər

Müəllif: football Tarix: 14-02-2018, 00:35 602 Baxış
Şehiçi yenə təriflədilər
Millimizin sabiq baş məşqçisi Robert Prosineçkinin Bosniya və Hersoqovina yığmasının “sükanı arxasına” keçməsi İbrahim Şehiçin işinə yarayıb. Hər halda, xorvat mütəxəssisin ölkəmizdə çalışdığı müddətdə yaxından tanıdığı “Qarabağ”ın qolkiperini ABŞ-da təşkil olunan təlim-məşq toplanışına dəvət etməsi və iki yoxlama oyununda əsas heyətdə şans tanıması belə düşünməyə əsas verir. Ötən saylarımızda bu ölkənin tanınmış qapıçısı Slobodan Yanuşun fikirlərini diqqətinizə çatdırmışdıq. 66 yaşlı veteran Şehiçin Bosniya və Hersoqovinanın əsas qapıçısı olmağı haqq etdiyini söyləmişdi. Təxminən eyni məzmunda açıqlama ilə yığmanın sabiq “çərçivə qoruyucusu” Tomislav Piplitsa gündəmə gəlib. Almaniyanın 6-cı bundesliqa təmsilçisi “Aylenburq”da çalışan 49 yaşlı mütəxəssis Şehiçin oyununu müsbət dəyərləndirib: “İbrahim Şehiçlə Türkiyədəki toplanış zamanı görüşdük. O, öz komandasının düşərgəsində idi, mən də klubumun. Şehiç inkişaf edərək, əla qapıçı səviyyəsinə yüksəlib. Onun ən yaxşı olmasını və uğurlu çıxışını davam etdirməsini arzulayıram. İbrahim komandasında yaxşı işlər görür, üstəlik, böyük tərəqqiyə nail olub. Sadəcə, bəxti onda gətirməyib ki, Asmir Beqoviçlə eyni dövrə düşüb. Beqoviçin “Çelsi”də işləri yolunda getmədi. Ancaq həvəsdən düşməməlidi. Çünki ən azı cəhd edib. Orda güclü rəqabətlə üzləşmişdi”.
SON XƏBƏRLƏR