
Ölkə futbolu
788
14.02.2018, 00:33
C lisenziyası üçün 100, B lisenziyası üçün 300 manat
Fevralın 19-dan 20-dək AFFA tərəfindən Bakıda UEFA-nın B və AFFA-nın C kateqoriyalı məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək. Kursda iştirak etmək üçün artıq sənədlərin qəbuluna başlanılıb. İştirakçılardan C lisenziyası üçün 100, B lisenziyası üçün 300 manat ödəmək tələb olunur. Ödənişi nəğd və ya köçürmə yolu ilə etmək olar.