Sizin reklam burada

Baş məşqçisi Nazarovdan narazıdı

Baxış Sayı:519

Baş məşqçisi Nazarovdan narazıdı
Dmitri Nazarov cari “futbol ili”ni çox zəif keçirir. Ötən mövsüm “Ertsgebirge”nin heyətində 9 qola imza atan yığmamızın üzvü bu mövsüm meydanda olduğu 1472 dəqiqə ərzində cəmi iki dəfə fərqlənib. 22-ci turda Auedə “İnqolştadt”la qolsuz heç-heçədən sonra baş məşqçi Hannes Dryus hücum “üçlüy”ünün “dişsizliyindən” şikayətlənib. O, Dmitri Nazarov, Sebio Souku və Paskal Köpkenin yer aldığı ön xəttin təhlükəli vəziyyətlər yaratmaqda çətinlik çəkməsindən narahatlığını dilə gətirib: “Bu problemin üzərində çalışmaqda davam edəcəyik. Məşqçi kimi işə bundan başlayacam. Vəziyyəti xeyimizə dəyişməyə çalışacağıq”.
Qeyd edək ki, son qarşılaşmada Nazarov 90 dəqiqə mübarizə aparıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR