"Football-plus.az" xəbər verir ki, Antalya təmsilçisi sürpriz şəkildə Sərgən Yalçın ilə ilkin anlaşma əldə olunduğunu açıqlayıb.
Sabah imza mərasimi keçiriləcək. Müqavilənin müddətinin 1 ili şərti olmaqla 1,5 illik olacağı gözlənilir. Yəni tərəflərin mövsümün sonunda yolları ayırmaq hüququ var. Mövsümün əvvəlində ''Neftçi'' ilə danışıqlar aparması ilə diqqət mərkəzinə düşən Sərgən həm ''Beşiktaş''ın, həm də ''Adana Dəmirspor''un maraq dairəsində idi. Xüsusilə onun yaxın keçmişdə çempion etdiyi və məşqçi karyerasında sonuncu klub olan ''Beşiktaş''a qayıtması gündəmdə idi. Amma təcrübəli mütəxəssisin yeni klubu bəlli olduqdan sonra o, bunları dedi:
''Düzdü, adım ''Beşiktaş''ın başına keçməyə namizədlər arasında göstərilirdi. Amma mənimlə heç kim əlaqə saxlamadı. Mən nə edə bilərəm? Artıq bir işə başlamaq məcburiyyətində idim. Çünki köməkçilərim 2 ildi, işsiz idi və məndən xəbər gözləyirdilər. ''Antalyaspor''un təklif etdiyi şərtlər çox yaxşıdı. Ona görə də dərhal anlaşdıq''.
Daha öncə ''Qaziantepspor'', ''Sivasspor'', ''Kayserispor'', ''Əskişəhərspor'', ''Konyaspor'', ''Alanyaspor'', ''Yeni Malatyaspor''da işləyən 51 yaşlı Yalçın ən son ''Beşiktaş''ı çalışdırmış və 2020/21-də İstanbul nəhəngi ilə çempion olmuşdu.
ƏLİ
