• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

2023-cü ilin ən maraqlı sitatları

Maraqlı

31-12-2023, 12:0

2023-cü il ərzində dünya futbolunda səslənən ən maraqlı sitatları seçmək elə də asan olmadı.

Amma yenə də ilin 12 ayında futbol adamlarının dilə gətirdiyi 12 cəlbedici fikri nəzərinizə çatdırmağa çalışdıq.

Yanvar
Xuan Laporta, “Barselona”nın prezidenti: “Avropa Superliqası qapalı müsabiqə olsaydı, bu layihədə iştirak etməyə razı olmazdım. Superliqaya “Real”, “Yuventus” və digər klublar qoşulublar. Dəyişmək istədiyimiz yeganə amil idarəetmə modelidi. Bu, klublara məxsus olmalıdı, amma UEFA başqa tərəf kimi danışıqlar masasına otursun. Qərar müsbət olarsa, onda Superliqa 2025-ci ildə reallığa çevrilə bilər. Əks halda qərardan başlayaraq, aşağıdakı addımları atacağıq. Superliqa ilə nəyə nail oluna biləcəyini qələbələr müəyyən edəcək. Premyer-liqa ilə rəqabət aparacaq bir Avropa turniri yaradacağıq. Biz İngiltərə klublarının Superliqaya qatılmasını istəyirik, amma ilk mərhələdə bunu edəcəklərini düşünmürük. Mən ölkə çempionatlarının tərəfdarıyam, lakin şəxsi fikrimcə, ikinci mərhələ premyer-liqa ilə Superliqanın birləşməsi olacaq. La Liqanın prezidenti Xavyer Tebasla şəxsi münasibətim yaxşıdı, amma o, “Barselona” kimi klubların fəaliyyətini dayandırmaqdansa, futbol televiziyasının itirdiyi 1,5 milyon tamaşaçının geri qayıtmasından daha çox narahat olmalı idi”.

Fevral
Xosep Qvardiola, “Mançester Siti”nin baş məşqçisi: “Mən bu yerdən tərpənməyəcəyəm, sizi əmin edirəm. Burda həmişəkindən daha çox qalmaq istəyirəm. Premyer-liqada uzun illər keçirdikdən sonra burdan ayrılmaq istəmirəm. Ötən mövsüm premyer-liqanın çempionu olduq. Maliyyə qaydalarını pozmaqla bağlı ittihamlara qarşı özümüzü müdafiə edəcəyik. UEFA ilə bağlı məsələdə olduğu kimi özümüzü yenə müdafiə edəcəyik. Yeri gəlmişkən, iki il əvvəl bənzər prosedur UEFA tərəfindən də həyata keçirilmiş və komandamız avrokuboklardan kənarlaşdırılmışdı. 
Sonradan İdman Arbitraj Məhkəməsi UEFA-nın qərarını ləğv etmişdi. Həmin dövrdə İngiltərənin bəzi klublarının hərəkəti məni məyus etmişdi. Onların sayı 9 idi: “Bernli”, “Vulverhempton”, “Lester”, “Nyukasl”, “Tottenhem”, “Arsenal”, “Mançester Yunayted”, “Liverpul” və “Çelsi”. Onlar məktub yazaraq “Mançester Siti”nin Çempionlar Liqasından çıxarılmasını və bizim yerimizi tutmaq istəmişdilər. Bu, görünməmiş bir hadisə idi. İndi ikinci dəfə bənzər proseslər gedir”.

Mart
Erik ten Haq, “Mançester Yunayted”in baş məşqçisi: “Kriştiano Ronaldo klubdan ayrıldığı vaxt narahat olmadım. Bunun üçün səbəblərim vardı və bu, son dərəcə açıq idi. Ronaldonun gedişindən sonra nə baş verəcəyini də bilirdim. Pis nəticənin baş verməsi mümkün idi. Futbolda bu, hər zaman mümkündü. Amma narahat deyiləm. Gecələr yaxşı yatıram. Kriştiano gedəndən sonrakı ilk günlərdə belə yuxum qaçmadı, rahat yatdım. Komandanın inkişafı üçün qərarlar verməliyəm. Bu, mənim işimdi və qərarımın arxasında durmalıyam”.

Aprel
Jan-Mişel Olya, “Lion”un prezidenti: “Bu, hamını özünə cəlb edən spiraldı. Futbola dövlətin müdaxiləsini görürük. Bu müdaxilə nəticəsində adi biznesmenlər və ənənəvi sərmayədarlar üçün əlçatmaz səviyyə müəyyənləşib. Təəssüf ki, biz onlarla eyni səviyyədə ola bilmərik. Bu səbəbdən futbolda tənzimləmə və nəzarətin vacib olduğunu düşünürəm. Ola bilsin ki, məvacib üçün ən yüksək hədd müəyyən edilməlidi. Sərmayələr bizə rəqabət yaratmaq imkanı verir, şou göstərmək imkanı yaradır. Amma elə bir an yetişir ki, ayaq üstdə necə dayana biləcəyin, inkişafı məhv edə biləcək ifratçılığa yol verməmək haqda düşünməli olursan”.

May
Mişel Platini, UEFA-nın sabiq prezidenti: “Biz UEFA-nın rəhbərliyindən hesabat tələb etməliyik. “Maliyyə feyr-pleyi” qaydaları hardasa onların qarşısını kəsir. Amma PSJ-nin prezidenti Nasser Əl-Xelayfinin tərəfdaşı olan Aleksander Çeferin (UEFA-nın prezidenti – R.Y.) üçün bu qaydaların tam şəkildə tətbiqi çətindi. Həqiqət budur ki, həm Çeferin, həm də FİFA-nın prezidenti Canni İnfantino öz postlarını qəsb ediblər. Mən futbol oynamışam, bununla onların siyasətini dəstəkləmişəm. Onların proqramlarında daha çox oyun təşkil etməklə daha çox qazanmaqdan başqa islahat yoxdu. Onlar həm də futbolun tarixinə düşən yarışlara hörmət etmirlər. Mənim yerimi tutanın futboldan başı çıxmır”.

İyun
Qari Lineker, İngiltərə yığmasının sabiq hücumçusu: “Sevilya” bu turnirdə dahiyanə nəticəyə malikdi. Artıq Avropa Liqasını “Sevilya Kuboku” adlandırmağın vaxtı yetişib”.

İyul
Lionel Messi, “İnter Mayami”nin hücumçusu: “Mən qarşıma qoyduğum ən vacib hədəfə nail oldum. Bu, Argentina ilə dünya çempionatının kubokunu qazanmaq idi. Bu, inanılmaz idi. Fərdi mükafatlara görə heç vaxt narahat olmamışam, milli komandada və oynadığım klublarda uğur həmişə birinci yerdə olub və bu baxımdan karyeramda hər şey əla alınıb. Artıq şəxsi rekordlarımı izləmirəm”.

Avqust
Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Yeni Ançelotti? Müasir futbolda mənə oxşayan bir məşqçi də görmürəm. Mən Qvardiola, De Zerbi və ya Arteta kimi oyuna həddindən artıq köklənən məşqçiləri xoşlayıram. Və Bordalas kimi oyunçuları ən yüksək səviyyədə motivə edən həmkarımı da qeyd etməliyəm”.

Sentyabr
Luis Rubiales, İspaniya Futbol Federasiyasının sabiq prezidenti: “Son həftələr baş verənlər hamı üçün pis haldı (İspaniyanın qadınlardan ibarət yığması sentyabrda dünya çempionatının finalında İngiltərəyə qalib gələrək tarixində ilk dəfə çempion olub. Rubiales mükafatlandırma mərasimi zamanı milli komandanın oyunçusu Cennifer Ermosonun dodağından öpdüyü üçün ölkə ictimaiyyətinin böyük təzyiqinə tab gətirə bilməyərək istefaya yollanıb – R.Y.). Cenni məni qucaqlayaraq yuxarı qaldırdı və aramızda öpüş məqamı baş verdi. Cəmi on saniyə çəkən bu hadisə ətrafında qoparılan həngamə, sadəcə, ağılsızlıqdı. İndi məni maraqlandıran yeganə məsələ ləyaqətimi müdafiə etməkdi. Həmin epizod qeyri-ixtiyari və qarşılıqlı razılıq əsasında baş verdi. Məqamı emosiya və xoşbəxtlik anı adlandırmaq olar. Və mən bunun həqiqət olmasına əminəm. İnanılmaz dərəcədə harmoniya vardı, o anda hamı xoşbəxt idi. Fikrimcə, ispaniyalı kişi və qadın arasında belə təmas tamamilə normaldı. Bu, mədəniyyətlə bağlı olan məsələdi. Həmin anda İspaniyanın kişi futbolçusunu da öpə bilərdim? Şübhəsiz, 100 faiz! Mən oyunçu olanda komandamız aşağı liqaya düşməkdən qurtularkən və ya yüksək liqaya vəsiqə qazanarkən sevincdən bir-birimizin dodaqlarından öpürdük...”

Oktyabr
Zbiqnev Bonek, UEFA-nın vitse-prezidenti: “Elektron poçtuma və sosial şəbəkələrdəki hesablarıma bu mövzuda çox sayda suallar göndərilir: məndən tez-tez Rusiya Federasiyasından olan şəxsin niyə UEFA-nın İcraiyyə Komitəsinə daxil olduğu soruşulur. Aleksandr Dyukov (Rusiya Futbol İttifaqının prezidenti – R.Y.) bu komitədə mənim xoşuma gəldiyi üçün işləmir. UEFA-nın orqanlarına demokratik seçki nəticəsində seçilmisənsə, səni heç kim hər hansı başqa yolla ordan kənarlaşdırmaq hüququna malik deyil. Hər hansı şəxs yalnız İcraiyyə Komitəsinin üzvlərinin 2/3-sinin səsi ilə uzaqlaşdırıla bilər. Uzaqlaşdırma qərarı isə konqresə qədər qüvvədə qalır. Konqresdə kənarlaşdırma ilə bağlı təklif səsə çıxarılır. Orda İcraiyyə Komitəsinin qərarının üzvlərin 50,1 faizinin dəstəkləməsi tələb olunur. Əks halda ilkin qərar ləğv edilir. Məlum petisiyanın əksəriyyət tərəfindən dəstəkləndiyini düşünmürəm. Təəssüf ki, hamı biz polşalılar və mənim kimi düşünmür. Rusiya UEFA-nın strukturlarından kənarlaşdırılsaydı, bu məsələdə başqa metoddan istifadə edilərdi. Avropada hərənin hər məsələdə öz mövqeyi var. Məsələ heç də sadə deyil”.

Noyabr
Canni İnfantino, FİFA-nın prezidenti: “Futbolda meydanda və ondan kənarda təcavüzə və qarşıdurmaya qətiyyən yer yoxdu. Braziliya və Argentina arasındakı matçda baş verən insidentlər bizim idmanda və cəmiyyətimizdə olmamaldı. Futbol matçının keçirilməsi və bu oyundan həzz alınması üçün istisnasız olaraq hər kəs – oyunçular, azarkeşlər, personal və rəsmi nümayəndələr təhlükəsiz şəraitdə olmalıdılar. Mən müvafiq strukturları belə şəraiti təmin etməyə çağırıram”.

Dekabr
Xavyer Tebas, İspaniya La Liqasının prezidenti: “Biz artıq mövzu ilə bağlı fikrimizi dəfələrlə bildirmişik. Hər birimiz səlahiyyətləri çərçivəsində hərəkət etməlidi. Bizim reaksiyamız klubların böyük əksəriyyətinin yeni layihəyə qarşı çıxmasından ibarətdi. Hər zaman olduğu kimi, bir daha bəyan edirik: Superliqa eqoist və elitar modeldi. Avropa Məhkəməsinin qərarına baxmayaraq, zaman bizim doğru düşündüyümüzü göstərəcək. Bu mövzuda 25 axşam yeməyindən mərc edə bilərəm? 100 axşam yeməyindən mərc edirəm. Siz qarşıdakı 8 ildə Superliqanı görməyəcəksiz. Oyunların ödənişsiz yayınına gəlincə, bu mövzuda 1000 axşam yeməyindən mərc edərəm ki, bu, mümkün olmayacaq. Onlar Superliqanın ödənişsiz olacağını iddia edirlər. Siz jurnalistlər necə düşünürsünüz, bu mümkündü?”

RAMİL YUSİFOV

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

19-10-2022, 18:0

Avropa superliqası bu zaman ərzində başlayacaq

Aktual
Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
Əli Bəşirovdan xəbər var!
"Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
“Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
Son xəbərlər
  • Bu gün, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • Dünən, 23:55
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • Dünən, 23:07
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • Dünən, 22:42
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
  • Dünən, 22:11
    Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
  • Dünən, 21:40
    Əli Bəşirovdan xəbər var!
  • Dünən, 21:07
    Cəsusun kimliyi bəlli oldu - İngiltərədəki qalmaqalın detalları
  • Dünən, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Dünən, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Dünən, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Dünən, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
  • Dünən, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Dünən, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
  • Dünən, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Dünən, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Dünən, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
  • Dünən, 15:58
    Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər
  • Dünən, 15:28
    Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
  • Dünən, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Dünən, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Dünən, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Dünən, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Dünən, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Dünən, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Dünən, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
  • Dünən, 12:16
    “Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL
  • Dünən, 11:58
    "Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda
  • Dünən, 11:39
    “Frayburq”un ilk, Emerinin 6-cı cəhdi
  • Dünən, 11:18
    “Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
  • Dünən, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Dünən, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Dünən, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Dünən, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • 19-05-2026, 23:0
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 241
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 211
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə