Hələ ki layihə şəklində olan Avropa Superliqasının qarşıdakı 2 il üçün büdcəsi müəyyənləşib.
Qeyri-rəsmi mənbələrə görə, startı 2025-ci ilə planlaşdırılan turnirin 15 milyard avroluq büdcəsi olacaq.
Avropa Superliqasının yeni formatı rəsmən dekabrın 21-də təqdim olunub. Yeni yarışda üç liqaya bölünən 64 klub iştirak edəcək. Hər liqada mübarizə müntəzəm çempionat və pley-off olmaqla iki mərhələdə keçiriləcək.
Xüsusi vurğulayaq ki, hazırda Superliqanın iştirakçıları siyahısında yalnız iki klub - “Real” və “Barselona” var alıb. Avropanın bir çox aparıcı klubu - “Mançester Yunayted”, “Tottenhem”, “Çelsi”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Atletiko”, “İnter”, “Bavariya” və PSJ turnirdə iştirak etməyəcəyini bəyan edib.