Sizin reklam burada

Araz Abdullayev sıraya döndü

Müəllif: football Tarix: 13-02-2018, 00:10 687 Baxış
Araz Abdullayev sıraya döndü
Türkiyə superliqasında 21-ci tura start verilib. “Gənclərbirliyi” Ankarada “Trabzonspor”la qolsuz heç-heçəyə razılaşıb. Zədəsini sağaldan Dəniz Yılmaz 72-ci dəqiqədə meydana çıxıb. 22 xalla 13-cü pillədə qərarlaşan “sarı-qaralar” növbəti turda “Göztəpə”ni qəbul edəcək.
Qardaş ölkənin 1-ci divizionunda da 21-ci turun oyunları keçirilir. Yenidən “Manisaspor”a qayıdan Uğur Pamuk komandasının səfərdə “Boluspor”dan 3 cavabsız top buraxdığı görüşün iştirakçısı olub. Start heyətində yer alan sol cinah müdafiəçisi ilk hissədən sonra əvəzlənib. 14 xalla 17-ci yerdə gedən “Manisaspor” növbəti turda evdə “Adanaspor”la münasibətləri aydınlaşdıracaq.
Hollandiyanın 1-ci dəstəsinin 24-cü turunda “Den Boş” azarkeşləri önündə “Eyndhoven”i darmadağın edib – 4:0. Uzun fasilədən sonra ilk “11-lik”də meydana çıxan Ziya Əzizov 83-cü dəqiqədə əvəzlənib. “Velveyk” səfərdə “Utrext”in əvəzedicilərinə müqavimət göstərə bilməyib – 2:5. Ozancan Kökcü 90 dəqiqə oynayıb. “Den Boş” 35 xalla ilk “10-luğ”u qapayırsa, “Velveyk” 22 xalla 17-cidi. Növbəti turda “Den Boş” səfərdə PSV-nin ikinci komandasıyla, “Velveyk” isə evdə “Kambur”la qarşılaşacaq.
Cənubi Kipr çempionatında “Anortosis” səfərdə “Olimpiakos”a 3:0 hesabı ilə qalib gəlib. Zədəsini sağaldan Araz Abdullayev 63-cü dəqiqədən oyuna qoşulub. 50 xalla 3-cü pillədə qərarlaşan “Anortosis” 25-ci turda doğma meydanda “Ermis”i sınağa çəkəcək.
2-ci bundesliqada 22-ci tur çərçivəsində “Ertsgebirge” Auedə “İnqolştadt”ın müqavimətini qıra bilməyib – 0:0. Dmitri Nazarov oyunu əvəz olunmadan keçirib. 24 xalla 15-ci sırada yer alan “bənövşəyilər”i növbəti turda “Holşteyn” səfəri gözləyir.
SƏRXAN
SON XƏBƏRLƏR