Dünən Dərnəgül Voleybol Mərkəzində qadınların ölkə çempionatının 2-ci dövrəsinə start verilib. 4-cü turun hər iki oyunu “quru” hesabla bitib. Favoritlər rəqiblərinə bir set belə verməyib.
AVF – Azərreyl 0:3 (19:25, 22:25, 17:25), Abşeron – Lokomotiv 3:0 (25:22, 25:19, 25:13)
1. Azərreyl 4 4 0 12-1 12
2. Abşeron 4 3 1 10-3 9
3. AVF 4 1 3 3-9 3
4. Lokomotiv 4 0 4 0-12 0
5-ci turun görüşləri fevralın 16-da keçiriləcək: 15.00 Abşeron – AVF, 17.00 Lokomotiv – Azərreyl.
Bu gün isə kişi voleybolçuların ölkə çempionatında 3-cü turun oyunları keçiriləcək. Əsas görüş “Sərhədçi” İdman Olimpiya Mərkəzində reallaşacaq. Ziya Rəcəbov yeni komandası ilə bu yaxınlarda yollarını ayırdığı “Neftçi”yə qarşı oynayacaq. Bu matç “İdman Azərbaycan” vasitəsilə yayınlanacaq. Digər iki qarşılaşma Dərnəgül Voleybol Mərkəzində baş tutacaq. Çempionun “hərbçilər”ə qalib gələcəyi şübhə doğurmur. Ancaq yeniyetmələrlə debütantın oyunuyla bağlı proqnoz vermək çətindi: 14.00 Neftçi – Sərhədçi, 14.00 MOİK – Lokomotiv, 16.00 U-18 – Ekspress.
Voleyboldan söz düşmüşkən, həftəsonu həm də 1-ci divizionda növbəti qarşılaşmalar keçiriləcək.
Kişilər
10 fevral
12.00 İqtisadçı – Bos-Şelf, 14.00 Əlincə - ATU
11 fevral
12.00 Taleh AT – Astoriya, 14.00 BDU – AzTU
Qadınlar
10 fevral
11.00 Baku Stars – Azəri, 11.00 Azərreyl-2 – BDU, 13.00 UNEC – Dəmiryolçu