Ölkə kubokunda son 15 mövsümün rekordu qeydə alındı

22.12.2023 16:07 178
Ölkə kuboku
Ölkə kubokunda son 15 mövsümün rekordu qeydə alınıb.

"Football-plus.az" xəbər verir ki, bu, 1/8 final mərhələsinin “İrəvan” – “Araz-Naxçıvan” oyununda baş verib.

Belə ki, 10 qolun vurulduğu matçda “Araz-Naxçıvan” rəqibini 8:2 hesabı ilə məğlub edib. Axırıncı belə məhsuldar görüş 2008/2009 mövsümündə olub. 2008-ci il oktyabrın 30-da “Bakı” “Qafqaz Universiteti”nin qapısından 10 cavabsız top keçirib.

Bu həm də ölkə kuboku tarixində 10 və ya daha çox qolun qeydə alındığı ümumilikdə 15-ci matçdır. 1992-ci ildən təşkil olunan yarışda bunadək 14 belə yüksək məhsuldarlıq yaşanıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul