“Futbolçu kimi çıxdığım stadiona hakim-inspektor kimi qayıtdım”

21.12.2023 13:30 227
Aktual / Ölkə kuboku
Bu gün bütün ölkənin gözü Xankəndidədi.

"Football-plus.az" xəbər verir ki, “Qarabağ” və MOİK ölkə kubokunun 1/8 finalında qarşılaşacaq. Bu oyunun xüsusi əhəmiyyəti olan şəxslərdən biri də Munis Abdullayevdi. O, sözügedən oyunun hakim-inspektorudu.

“Futboll-plus.az” olaraq Munis bəylə əlaqə saxlayıb matçla bağlı təəssüratlarını öyrəndik:

"Xankəndi stadionundayam. Bəli, AFFA-nın dəvəti ilə hakim-inspektor qismində bu günkü oyunda iştirak edəcəm. Hislərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Sonuncu dəfə 1988-ci ilin 11 yanvarında futbolçu kimi çıxdığım stadiona, bu gün hakim-inspektor kimi qayıtdım. 36 ildən sonra bu yenidən reallaşdı. Bunun üçün AFFA rəhbərliyinə təşəkkür edirəm”

MİRKAMAL KAZIMZADƏ