Martın 10-27-si aralığında Berlində dünya şahmat tacına iddialılar arasında keçiriləcək turnirin təqvimi açıqlanıb. Səkkiz şahmatçının qatılacağı ikidövrəli turnirin iştirakçıları arasında həmyerlimiz Şəhriyar Məmmədyarovun da olacağını öncədən xəbər vermişdik.
Şah martın 10-da keçirəcəyi ilk görüşdə qara fiqurlarla rusialı vitse-dünya çempionu Sergey Karyakinlə qarşışacaq. Təbii ki, erməni Levon Aronyanla 2-ci və 9-cu turlarda keçiriləcək görüşlər də böyük maraq doğurur. Şahmatçıların iddiaçıların turniri boyunca üç gün – martın 13-ü, 17-si və 21-də dincələcəyini də nəzərinizə çatdıraq. Məlum olduğu kimi, İddiaçılar turnirinin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə yarışacaq.
1-ci tur. 10 mart. Sergey Karyakin (Rusiya) – Məmmədyarov;
2-ci tur. 11 mart. Məmmədyarov – Levon Aronyan (Ermənistan);
3-cü tur. 12 mart. Fabiano Karuana (ABŞ) – Məmmədyarov;
4-cü tur. 14 mart. Məmmədyarov – Uesli So (ABŞ);
5-ci tur. 15 mart. Din Lijen (Çin) – Məmmədyarov;
6-cı tur. 16 mart. Məmmədyarov – Vladimir Kramnik (Rusiya);
7-ci tur. 18 mart. Aleksandr Qrişuk (Rusiya) – Məmmədyarov;
8-ci tur. 19 mart. Məmmədyarov - Karyakin;
9-cu tur. 20 mart. Aronyan – Məmmədyarov;
10-cu tur. 22 mart. Məmmədyarov - Karuana;
11-ci tur. 23 mart. So – Məmmədyarov;
12-ci tur. 24 mart. Məmmədyarov – Din Lijen;
13-cü tur. 26 mart. Məmmədyarov - Qrişuk;
14-cü tur. 27 mart. Kramnik – Məmmədyarov.