Qış “transfer pəncərəsi”i dünən rəsmən bağlandı. Bu müddət ərzində premyer-liqa iştirakçıları heyəti gücləndirmək, lazım olmayanları isə göndərmək yönündə işlər gördü. Təbii, heyəti gücləndirmək məsələsində klubların büdcəsi də önəmli rol oynayır. Bundan başqa, komandada “yeni qan”a nə qədər ehtiyacın olması da gələnlərin sayına təsir edir. Bir sözlə, yanvarın 13-də açılan “transfer pəncərəsi”i zamanı premyer-liqa iştirakçılarının heyətinə qatdığı, eləcə də yola saldığı futbolçuların dosyesini diqqətinizə çatdırırıq. Onu da qeyd edək ki, bundan sonra klublar yalnız azad agent statusuna malik futbolçularla güclənə bilər.
Qarabağ
Gələn: yoxdu
Gedənlər: İbrahim Aslanlı (Zirə), Elşən Abdullayev ("Zirə", icarə), Dino Ndlovu (“Xançjou Qrintaun”, Çin), Tarik Elyunussi ("Olimpiakos", Yunanıstan, icarə müddəti yarımçıq dayandırılıb)
Qəbələ
Gələn: Təmkin Xəlilzadə (Zirə)
Gedənlər: Roman Hüseynov ("Kəpəz", icarə), Tellur Mütəllimov (Zirə), Endi Hallidey ("Reyncers", Şotlandiya, icarə müddəti yarımçıq dayandırılıb), Ülvi İsgəndərov ("Sumqayıt", icarə), Deyv Bultuis (“Herenven”, Hollandiya), Ekiqo Ehiosun
Zirə
Gələnlər: İbrahim Aslanlı (Qarabağ), Elşən Abdullayev ("Qarabağ", icarə), Mirsahib Abbasov ("Keşlə", icarə), Tellur Mütəllimov (Qəbələ), Jomal Evans Uilyams ("Murselaqos", Meksika, icarə), Yani Urdinov ("Bohemians", Çexiya, icarə), Aleksandr Dedov (“Milsami”, Moldova)
Gedənlər: Murad Səttarlı (Kəpəz), Nicat Qurbanov (Sumqayıt), Qabriel Matey ("Termalitsa", Polşa), Təmkin Xəlilzadə (Qəbələ), David Manqa ("Hapoel Aşkelon", İsrail)
Sumqayıt
Gələnlər: Elnur Abdullayev (Keşlə), Nicat Qurbanov (Zirə), Ülvi İsgəndərov ("Qəbələ", icarə)
Gedən: Ramil Həsənov (Xəzər)
Neftçi
Gələnlər: Təyyar Məmmədov ("Səbail", icarədən qayıdıb), İlkin Qırtımov (Keşlə), Fərid Abbaslı (Binə), Fransisko Qarsiya ("Serro Portenyo", Paraqvay), Lukas Qomes ("Deportivo Lara", Venesuela), Mayk Kampaz (UCR, Kosta Rika)
Gedənlər: Pavel Dreksa (“Karvina”, Çexiya, icarə müddəti bitib), Rahil Məmmədov, Aqşin Qurbanlı (hər ikisi "Səbail"), Fəhmin Muradbəyli (“Səbail”, icarə), Məqsəd İsayev (Keşlə), Maksim Vaylo, Təyyar Məmmədov (hər ikisi "Sabah", icarə), Tərzin Cahangirov (Kəpəz), Hüqo Barqas (“Bluminq”, Boliviya), Edson Kastilyo ("Mineros", Venesuela), Daniel Seqoviya
Səbail
Gələnlər: Rahil Məmmədov, Aqşin Qurbanlı (hər ikisi "Neftçi"), Fəhmin Muradbəyli (“Neftçi”, icarə), Kərim Diniyev (Kəpəz), Yevgeni Koçuk ("Jilina", Slovakiya, icarə), Nikoloz Apakidze ("Rustavi", Gürcüstan), Ruslan Əmircanov, Vahid Orazsaxedov (“Axal”, Türkmənistan)
Gedənlər: Təyyar Məmmədov ("Neftçi", icarə müddəti bitib), Tanrıverdi Məhərrəmli (Xəzər), Emin Mehdiyev, Seymur Əsədov (hər ikisi "Sabah", icarə), Murad Musayev (Şüvəlan), Amit Quluzadə (“Drita”, Kosovo), Yamin Ağakərimzadə, Eqdaras Jarskis, Adrian Popoviçi, Renan Telyes
Keşlə
Gələnlər: Məqsəd İsayev (Neftçi), Kamran Ağayev ("Mlada Boleslav", Çexiya), Pablo Podio ("Fastav", Çexiya, icarə), Herve Tçami ("Hajer", Səudiyyə Ərəbistanı), Nemanya Stoyanoviç ("Qarabağ", Vyana, Avstriya), Ebrima Sohna, Andre Klennon (hər ikisi VPS, Finlandiya), Vaqif Cavadov, Sezar Meza Kolli
Gedənlər: Elnur Abdullayev (Sumqayıt), Samir Zərgərov (Kəpəz), Mirsahib Abbasov (“Zirə”, icarə), İlkin Qırtımov (Neftçi), Nizami Hacıyev, Mirhüseyn Seyidov
Kəpəz
Gələnlər: Murad Səttarlı (Zirə), Roman Hüseynov (“Qəbələ”, icarə), Samir Zərgərov (Keşlə), Tərzin Cahangirov (Neftçi), Sergey Litovçenko ("Dinamo", Tiflis, Gürcüstan), Qiuli Mancqaladze ("Samtredia", Gürcüstan), Tərlan Qasımzadə (Sabah), Tural Nərimanov (Şüvəlan), Dario Federiko ("Sonnam", Cənubi Koreya), Şahdon Vinçester ("Murselaqos", Meksika), İqor Korotetski ("Avanqard", Ukrayna), Dieqo Qusmao
Gedənlər: Kərim Diniyev (Səbail), Novruz Məmmədov, Aydın Qasımov (hər ikisi “Xəzər”), Azad Kərimov (MOİK), Ruzi Qiyaslı, Məhəmməd Qurbanov (hər ikisi “Sabah”), Samba Diallo, Mansur Alaci, Viktor Oseqeyl, Azər Məmmədov, Sergey Çernışev