AFFA yığmaya daha bir rəqib tapdı
Qurban Qurbanov məyus etdiyi komandalara qarşı
Bugünlərdə AFFA yığmaya iki rəqib tapdı. Öncə Qurban Qurbanovun komandasının iyunun 9-da səfərdə Latviya ilə yoldaşlıq görüşü keçirəcəyi açıqlandı. Dünən isə daha bir sınaqçı-rəqibin adı bəlli oldu. Belə ki, milli martda Belarusla üz-üzə gələcək. Gələn ayın 27-də Antalyada Makedoniya ilə qarşılaşacaq yığma bundan 4 gün öncə Belarusu qəbul edəcək. Görüş Bakı Olimpiya Stadionunda (BOS) baş tutacaq və bu, Qurbanovun rəhbərlik etdiyi yığmanın “doğma divarlar” arasında ilk sınağı olacaq. Artıq matçın başlama saatı da bəllidi. Belə ki, Azərbaycan – Belarus qarşılaşmasının start fiti martın 23-də, saat 20.00-da səslənəcək.
Qeyd edək ki, Olimpiya stadionunda baş tutacaq qarşılaşma Belarusla 3-cü duel olacaq. Bu rəqiblə milli indiyədək 2 dəfə üz-üzə gəlib. İlk duel 1996-cı il mayın 27-də Molodeçnoda gerçəkləşib. Həmin görüşdə 2:2 hesablı heç-heçə qeydə alınıb, bütün qollar ikinci hissədə vurulub. Belarus 2 dəfə hesabda önə keçsə də, milli hər dəfə tarazlığı bərpa edə bilib. Maraqlıdı ki, yığmanın ilk qolunu 53-cü dəqiqədə məhz Qurban Qurbanov vurub. Bununla da hazırda millimizin baş məşqçisi olan mütəxəssis yığmada özünün ilk səfər qoluna imza atıb. Ona qədər yığmada 3 dəfə fərqlənən hücumçu bütün qolları neytral meydanlarda vurmuşdusa, rəqib azarkeşləri önündə ilk uğuruna Molodeçnoda imza atıb. Millinin heyətində 2-ci qolu isə Ruslan İdiqov vurub. Bu, “milliləşən” legionerin yığmadakı yeganə uğurudu. 2001-ci il fevralın 26-da isə yığma Belarusla Bolqarıstanda görüşüb. Albena toplanışına təsadüf edən matçda cəmi 1 qol vurulub. 9-cu dəqiqəyə təsadüf edən erkən qol milliyə qələbə qazandırıb. Bu qolun müəllifi isə Zaur Tağızadə olub.
Yeri gəlmişkən, yığmanın iyunun 9-da üz-üzə gələcəyi Latviya da həm əsas komandaya, həm də Qurbanova tanış rəqibdi. Millinin səfərdə keçirəcəyi görüş tərəflərin 4-cü dueli olacaq. İndiyə qədər 3 dəfə üz-üzə gələn rəqiblərin bütün matçları Riqada keçirilib. Bu dəfə də meydan sahibi olacaq Latviyanın yığmanı hansı şəhərdə və stadionda qəbul edəcəyi hələ dəqiqləşməyib. Maraqlıdı ki, Riqadakı bütün oyunlar heç-heçə nəticələnib. 1997-ci ilin avqustuna təsadüf edən ilk matç qolsuz bərabərliklə yekunlaşıb. 2002-ci ildəki dueldə də hesab açılmayıb. Nəhayət, qolsuzluq seriyası 2004-də qırılıb və qarşılaşma 2:2 hesabı ilə nəticələnib. Bu həm də rəqiblərin son oyunudu. Meydan sahiblərinin hesabı açdığı görüşdə Emin Quliyev bərabərlik qoluna imza atıb. 75-ci dəqiqədə isə Qurbanov penaltidən yığmanı önə keçirib. Komandamız üstünlüyünü qoruya bilməsə də, həmin qol tarixə düşüb. Belə ki, Azərbaycan millisinin hazırkı baş məşqçisi futbolçu kimi yığmada son qolunu məhz həmin oyunda vurub. Milli tarixinin ən yaxşı bombardii 14-cü – sonuncu qoluna Riqada imza atıb. Maraqlıdı ki, sözügedən matçdakı ilk top da Emin üçün yığmada son qol olub.
Bundan başqa, Latviya ilə yoxlama oyunu həm də tanış baş məşqçilərin dueli olacaq. Hazırda bu komandaya rəhbərlik edən Aleksandr Starkov Qurbanovla dəfələrlə qarşılaşıb. Bu, latviyalı mütəxəssisin Azərbaycanda çalışdığı dövrə təsadüf edib. 2011-ci ilin yanvarından 2012-nin martına qədər “Bakı”nı çalışdıran Starkov həmin vaxt da “Qarabağ”ın “sükanı arxasında” olan Qurbanovla duellərə çıxıb. Düzdü, onlar əvvəllər də görüşüb. Lakin 2011-ci ilə qədərki duellər zamanı Starkov məşqçi, Qurbanov futbolçu ampluasında olub. Hər iki mütəxəssisin baş məşqçi postundakı duelləri isə məhz “Bakı”yla “Qarabağ”ın matçlarında yaşanıb. Belə qarşılaşmalar isə 4 dəfə qeydə alınıb. 2010/11 mövsümünün ikinci yarısında premyer-liqaya təsadüf edən matçlarda qalib müəyyənləşməyib. “Bakı”nın meydanında qolsuz bərabərlik, “Qarabağ”ın ev oyununda isə 2:2 hesabı qeydə alınıb. Premyer-liqanın 2011/12 mövsümünün 1-ci mərhələsindəki qarşılaşmalarda isə Qurbanov latviyalını üstələyib. Ağdamlılar evdə 2:1 hesabı ilə qalib gəlib, 2012-ci il fevralın 15-də isə səfərdə darmadağını gerçəkləşdirib – 3:0. Bu yenilgi də Starkovun kreslosunu əməlli-başlı laxladıb. Nəticədə 1 ay keçməmiş “Bakı” latviyalı ilə yollarını ayırıb.
FARİZ

Son xəbərlər

"Olimpiakos"un yeni transferi "Qarabağ"la oyuna çıxa bilər

Arda Turan üçün vida oyunu keçiriləcək

İngiltərə millisində ayrılıq

"Spartak" 5 illiy seriyaya son qoydu

Elxan Abdullayev köməkçisini qovdu - AÇIQLAMA

Gəncə klubunun uğursuz çıxışının iki səbəbi var – AÇIQLAMA

Xaliq Mərdanov oğlunun avtoqoluna münasibət bildirdi - AÇIQLAMA

"Qarabağ"ın rəqibindən növbəti transfer

Rauf Əliyev “Kəpəz-2”də debüt oyununda necə təsir bağışlayıb? - AÇIQLAMA

"Ayağımızı yorğanımıza görə uzadırıq" - Azər Həşimov

Altıntop ayrılmaq əvəzinə yeni planlar qurur

“Beşiktaş”ın baş məşqçisi qapıçılarına güvənir

“Fənər” fanatları derbiyə buraxılmayacaq

Federer getdi, bəs Nadalla Cokoviç?

Adetokunbo Karrini ən güclü sayır

Dünya şahmatında növbəti böyük qalmaqal

AFFA-nın stadion seçimi turnirin statusu və rəqiblərin reytinqinə bağlıdı

Sabah AFFA-da iclas olacaq

Sabiq TFF rəsmisi Kuntsla Altıntopu “yıxıb-sürüdü”!

Montella Türkiyə çempionatını təriflədi

Sprint yarışlarının sayı artırıldı

PFL çempionatı daha maraqlı etmək üçün klublarla görüşür - AÇIQLAMA

Ölkə derbisinin biletləri satışa çıxarılır

"Zirə-2"dən səfər qələbəsi - VİDEO

Beşqat olimpiya çempionu ölkəni tərk etdi

Yunis Hüseynov AFFA İcraiyyə Komitəsinin üzvü ilə razılaşmadı – AÇIQLAMA

Messidən azarkeşə gözəl hədiyyə

Çağlar Söyüncü hansı kluba keçəcək?

Son çempiondan darmadağın - YENİLƏNİB

Sənan Qurbanov: "Olduqca yanlış, qərəzli yanaşmadı”

Muslera ''Qalatasaray''da tarix yazmaqda davam edir

Mahir Məmmədov: “De Byaziyə verdiyimiz maaşı yerli mütəxəssislərə təklif etsək, yığmanın baş məşqçisi olmaq istəməzlər”

“Borussiya” oyunçusuna qiymət qoydu

"Qarabağ"ın təsisçisinin dəyişməsi ilə bağlı yekun qərar

TFF qərarını dəyişdi

Dünya çempionatında iştirak edə bilməyəcək

“Valensiya”da yeni futbolçu

Benzema mükafat bolluğuna düşdü

Fiqu göyün 7-ci qatında futbol oynadı!

Vaqif Sadıqov: “Bəlkə De Byazi burda qalmaq istəmir, hardan bilirsiz?” - AÇIQLAMA

Fanatlar Türkiyə millisinin başında kimi görmək istəyir? - SORĞU

“Çelsi”nin oyunçusu məşqlərə başladı

Sabiq “Qalatasaray”lı BƏƏ-də oynayacaq

Mançester derbisini buraxacaqlar

FİFA təhqiqat aparır

Bütün xəbərlər