Sizin reklam burada

Vyana “Qarabağ”ı daha bir azərbaycanlını heyətinə qatdı

Müəllif: football Tarix: 10-02-2018, 00:02 827 Baxış
Vyana “Qarabağ”ı daha bir azərbaycanlını heyətinə qatdı
Avstriyanın 2-ci divizionunda çıxış edən Vyana “Qarabağ”ı heyətinə yeni oyunçular qatıb. Bunlar Edin Salkiç, Oktay Kazan, Aleksandr Milenkoviç, Jermano Lo Fo Sanq, Aleksandr Kuhan, Vladislav Kurakins, Riçard Vindiş və həmyerlimiz Emil Fərzəliyevdi. Fərzəliyev daha öncə Litva “Panevejis”ində və “Neftçi”də forma geyib. Emil həm də müxtəlif yaş qrupları üzrə yığmalarımıza cəlb olunub. Elvin Bədəlovla Dmitri Nağıyevin daha öncə Avstriyaya yollandığını nəzərə alsaq, Vyana “Qarabağ”ındakı azərbaycanlıların sayı 3-ə çatıb.
Bu arada “atlar”ın baş məşqçisi Volkan Kahraman Antalyadakı təlim-məşq toplanışını dəyərləndirib: “Olduqca gərgin keçən həftə oldu. Bu müddət ərzində 3 yoxlama oyununda gücümüzü sınadıq. Bütün oyunçular onlardan istədiyimizi verə bildi. Çox ağır məşqlər keçdik. Hazırlıq prosesindən çox razı qaldım. İndi komandada anlaşma səviyyəsi daha yaxşıdı. Bu toplanışda inkişafa nail olduq. Bəxtimizdən hava şəraiti də istədiyimiz hazırlıq prosesini keçmək üçün tam əlverişli idi”.
Xatırladaq ki, “qırmızı-ağlar” yoxlama oyunlarından birini birinci division təmsilçisi “Xəzər”ə qarşı keçirib və 1:0 hesabıyla qalib gəlib.
SƏRXAN
SON XƏBƏRLƏR