
Premyer-liqa
925
10.02.2018, 00:00
“Zirə”dən növbəti transfer
“Transfer pəncərəsi”nin bağlanmasına az qalmış “Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. “Qartallar” makedoniyalı Yani Urdinovla anlaşıb. Onunla 6 aylıq müqavilə bağlanılıb. 26 yaşlı müdafiəçi cari mövsümün sonuna kimi Çexiya “Bohemians”ından icarəyə götürülüb. Tərəflər arasında anlaşmaya əsasən mövsümün sonunda futbolçunu birdəfəlik transfer etmək hüququ “Zirə”yə məxsusdu. Qeyd edək ki, iki gün öncə qəsəbə təmsilçisi eyni şərtlərlə Trinidad və Tobaqo yığmasının üzvü Jomal Uilyamsla anlaşmışdı.