“Keşlə” ölkə çempionatının ikinci yarısı üçün iştirak ərizəsini Peşəkar Futbol Liqasına göndərib. Bakı təmsilçisinin qış fasiləsində heyətinə qatdığı Kamran Ağayev 1, Vaqif Cavadov 7, Sezar Meza Kolli 10, Andre Klennon 14, Pablo Podio 19, Məqsəd İsayev 22, Nemanya Stoyanoviç 40, Ebrima Sohna isə 90 nömrəli formanı geyinəcək. Paytaxt klubunun iştirak ərizəsinə 23 futbolçunun adı daxil edilib.
Qapıçılar - 1. Kamran Ağayev, 15. Orxan Sadıqlı, 16. Şahin Zəkiyev; müdafiəçilər - 2. Sərtan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 22. Məqsəd İsayev, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 65. Cabir Əmirli, 66. Murad Qayalı; yarımmüdafiəçilər - 10. Sezar Meza Kolli, 19. Pablo Podio, 20. Aqşin Quluzadə, 21. Herve Tçami, 24. Fuad Bayramov, 40. Nemanya Stoyanoviç, 88. Məmməd Quliyev, 90. Ebrima Sohna; hücumçular - 7. Vaqif Cavadov, 9. Pərdis Fərcad-Azad, 14. Andre Klennon, 98. Qara Qarayev.