Martın 7-si, səhər saat 10.00-da, “Bulvar” otelində AFFA-nın növbəti Hesabat Konfransı, Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək. AFFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- prezident tərəfindən salamlama
- yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqda hesabatının təqdim olunması
- maliyyə hesabatının təsdiq olunması
- müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- növbəti ilin büdcəsinin təsdiq olunması
- hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
- başqa məsələlər
Konfransa giriş dəvətnamə ilə olacaq. Media nümayəndələrinin iştirakı ilə bağlı akkreditasiya üçün qeydiyyat aparılacaq.