İran çempionatında 23-cü tura start verilib. Bu tur Təbriz derbisi ilə açılıb. “Səhənd” stadionunda keçirilən görüş dramatikliyi ilə yadda qalıb. Hesabı 33-cü dəqiqədə nominal qonaqların heyətində Milad Zeneyedpur açıb. Ancaq “qurdlar” əzmkar qələbə qazanıb. Baxmayaraq ki, ilk hissə “poladçılar”ın minimalhesablı üstünlüyü ilə başa çatıb. 76-cı dəqiqədə Ehsan Pəhləvan “status-kvo”nu bərpa edib. 90-cı dəqiqədə isə “qırmızı-ağlar”ın təcrübəli futbolçusu Mehdi Kiani səhnəyə çıxıb. Soydaşımızın vurduğu qol yekun hesabı müəyyənləşdirib – 2:1. Beləliklə, Ərtoğrul Sağlamın rəhbərliyi altında ardıcıl 2-ci qələbəsini qazanan “Traktorsazi” 28 xalla ilk “10-luğ”u qapayır. “Göstəriş Fulad” 30 xalla 7-ci pillədə qərarlaşıb. Növbəti turda “qurdlar” “Pars Cunubi”nin qonağı olacaqsa, “poladçılar” Təbrizdə “Peykan”la münasibətləri aydınlaşdıracaq.
SƏRXAN