Mikel Arteta əlavə cəza alıb.
"Football-plus.az" xəbər verir ki, “Arsenal”ın çalışdırıcısı premyer-liqanın “Luton” ilə son oyununda qələbə qoluna həddindən artıq sevindiyi üçün sarı vərəq almışdı.
Xatırladaq ki, onun komandası 4:3 hesabı ilə qalib gəldiyi matçda 90+7-ci dəqiqədə Deklan Raysın dəqiq zərbəsi sayəsində qələbə qazanmışdı. Bu mövsüm 3-cü dəfə sarı vərəqə alan ispan mütəxəssis “Aston Villa” ilə səfər oyununda texniki zonadan komandasına göstəriş verə bilmir. Bu matç bu gün saat 21.30-da start götürüb.