Sizin reklam burada

Yana tura damğa vurdu

Title
Yana tura damğa vurdu
Qadın voleybolçular arasında Türkiyə çempionatında 18-ci turun oyunları keçirilib. Polina Rəhimovanın oynamadığı görüşdə “Fənərbaxça” autsayder “İlbank”ı çətinlik çəkmədən məğlub edib - 3:0 (25:20, 25:14, 25:14). “Bəylikdüzü” çətinliklə də olsa, evdə “Çanakkale Bələdiyyəsi”nə qalib gəlib - 3:2 (24:26, 25:22, 23:25, 25:23, 19:17). Yana Kulan 35 xalla qarşılaşmanın ən məhsuldar oyunçusu olub. “Seramiksan” Manisada “Nilüfər Bələdiyyəsi”nə yenilib - 2:3 (22:25, 25:21, 23:25, 26:24, 13:15). Odina Bayramovanın 12 xalı kifayət etməyib. “Beşiktaş” Ankarada “Halkbank”la bacarmayıb – 1:3 (25:19, 23:25, 17:25, 21:25). Yalnız son setdə oynayan Marqarita Əzizova hesabına cəmi 1 xal yazıb. “Sarı-lacivərdlilər” 42 xalla ilk “3-lüy”ü qapayır. Hesabında 20 xal olan “Beşiktaş” 8-ci, 19 xala malik “Bəylikdüzü” 9-cu, 18 xal yığan “Seramiksan” isə 10-cu pillədə qərarlaşıb. Növbəti turda “Fənərbaxça” “Əczaçıbaşı”nın, “Seramiksan” “İlbank”ın, “Bəylikdüzü” isə “Beşiktaş”ın qonağı olacaq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.