Sizin reklam burada

Xaqani Məmmədov toplanışı dəyərləndirdi

Baxış Sayı:600

Xaqani Məmmədov toplanışı dəyərləndirdi
“Ömər martda yeni təyinatlar alacaq”
Azərbaycanlı hakimlərin Türkiyənin Antalya şəhərində baş tutan təlim-məşq toplanışı bu gün başa çatdı. Yanvarın 20-dən etibarən Antalyada olan hakimlərimiz 2 həftəlik toplanış çərçivəsində nəzəri məşğələlər, fiziki məşqlərdə iştirak etməklə yanaşı, çox sayda yoldaşlıq görüşlərini də idarə etdilər. Hazırlığın gedişi və yekunu ilə bağlı PFL-in saytına danışan Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bir sıra məqamlara toxunub: “Bu gün Antalyada son iş günümüz idi. Builki toplanış bir çox məqamlarla fərqləndi. Bu qış daha gənc hakimləri toplanışa dəvət etmişdik. Xatırlayırsızsa, 2008-ci ildə Azərbaycanda hakim dalğası gəldi. Növbəti, ikinci dalğanı məhz bu il müşahidə etdik. Perspektivinə ümidlər bəslədiyimiz hakimləri toplanışa dəvət etdik, onlara şərait yaratdıq. Gənc hakimlərə çox sayda oyun verdik. Biz toplanış çərçivəsində 74 oyun idarə etdik. Bu, fantastik göstəricidi. Hakimlərimiz Avropanın ən gənc kollektividi. Biz həmin gəncləri məhz Antalyada oyunlara göndərib, təcrübə qazanmalarını təmin etdik. Hakimlərimizin iştirakı ilə keçirilən oyunların böyük əksəriyyəti Peşəkar Futbol Liqasının əməkdaşları tərəfindən lentə alınırdı. Elə həmin gün axşam oyunları təhlil edir, qərarlarla bağlı fikirlərimizi bölüşürdük. Bundan əlavə, Antalya toplanışı zamanı FİFA və UEFA-nın yeni təlimatları ilə bağlı seminarlarımız oldu. Bu yeniliklərə bağlı Antalyada toplanışda olan klublarımıza da seminarlar keçdik. Bütün bunların səmərəli olduğunu düşünürəm”.
Xaqani Məmmədov bildirib ki, hakimlərin fiziki göstəriciləri yaxşı səviyyədədi: “Düşünürəm ki, hakimlərin həm fiziki göstəriciləri, həm də nəzəri bilikləri yaxşı səviyyədədi. Etiraf edirəm ki, hakimlər Antalyaya fiziki baxımdan tam ideal formada gəlməmişdilər. Amma fiziki hazırlıq üzrə məşqçi Namiq Quliyev bu çatışmazlıqları aradan qaldıra bildi. Bunun nəticəsi olaraq hakimlərimiz bütün fiziki testləri yüksək səviyyədə verdilər. Bunların fonunda deyə bilərəm ki, hakimlərimiz çempionatın ikinci dövrəsinə hazırdılar. Sözsüz ki, xırda səhvlər olacaq. Mütəxəssislər hesab edirlər ki, oyun ərzində bir neçə epizodun gözdən qaçması normaldı. Biz çalışırıq ki, səhvlərimiz minimuma ensin”.
Hakimlər Komitəsinin sədri elit raunda namizəd olan Əliyar Ağayevin Maltada qatıldığı kurs barədə fikirlərini bildirib: “Əliyar Ağayev yanvarın 28-dən etibarən Maltadadı. Əliyarla telefon əlaqəm olub. O, kurslardan yüksək qiymət alan üç gənc hakimdən biridi. Ağayev qatıldığı kursda imtahanlardan üzüağ çıxıb. Bu sevindirici məqamdı. Eyni zamanda, digər FİFA hakimimiz Ömər Paşayev FİFA və UEFA-nın nəzarətindədi. Ömər martda yeni təyinatlar alacaq”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR