Türkiyə superliqasında 20-ci tura start verilib. “Gənclərbirliyi” İstanbulda “Fənərbaxça” ilə heç-heçə edib – 2:2. Dəniz Yılmaz 24-cü dəqiqədə meydana çıxıb və 90-cı dəqiqədə sarı vərəqə alıb. 21 xalla 14-cü pillədə qərarlaşan “qırmızı-qaralar” növbəti turda Ankarada “Trabzonspor”la münasibətləri aydınlaşdıracaq.
Portuqaliyanın 1-ci divizionunda 23-cü turun oyunları keçirilib. “Sportinq”in əvəzediciləri səfərdə “Kova da Piedade” uduzub – 1:3. Budaq Nəsirovun adı oyunun protokoluna salınmayıb. 29 xalla 14-cü sırada yer alan “zolaqlılar” növbəti turda “Uniao da Madeyra”nı qəbul edəcək.
Amit Quluzadənin qış fasiləsində transfer olunduğu "Drita" isə yoxlama oyunu keçirib. Makedoniyada təlim-məşq toplanışında olan Kosovo təmsilçisi yerli "Pobeda"ya 3:0 hesabı ilə qalib gəlib. Amit fasilədən sonra meydana çıxıb.