Birinci divizion təmsilçisi "Sabah" mövsümün ikinci yarısına hazırlığı davam etdirir. Komanda dünən bir məşqlə kifayətlənib. Baş məşqçi Arif Əsədov yetirmələrini əsasən toplu çalışmalarla tərlədib. Klubun rəsmi “feysbuk” səhifəsində yer alan xəbərə görə, "Sabah" qış fasiləsində növbəti yoxlama matçını keçirəcək. Komanda fevralın 5-də İsmət Qayıbov adına təlim-məşq bazasında "Neftçi" ilə qarşılaşacaq. Fasilə dönəmində məğlubiyyətləri sıralayan Tərlan Əhmədovun komandası ilə qarşılaşmanın start fiti saat 15.00-da səslənəcək.