Bu gün kişi voleybolçuların ölkə çempionatında 2-ci turun oyunları keçiriləcək. Birinciliyə son anda qoşulan “Sərhədçi” debütantı doğma meydanında qəbul edəcəksə, digər iki görüş Dərnəgül Voleybol Mərkəzində baş tutacaq. Bu tur “Lokomotiv” istirahət edəcək.
14.00 Neftçi – Naxçıvan, 16.00 Ekspress – MOİK, 16.00 Sərhədçi – U-18
Həftəsonu 1-ci divizionda da növbəti oyunlar keçiriləcək. Kişilərin yarışında bütün görüşlər Olimpiya növləri üzrə Təlim-Məşq Mərkəzində (“Neftçi”nin keçmiş bazası) baş tutacaq. Qadınların turnirində isə qarşılaşmaların ikisi İqtisad Universitetinin, ikisi isə Voleybol Federasiyasının idman zalında reallaşacaq.
Kişilər
12.00 İqtisadçı – Əlincə, 12.00 AzTU – Astoriya, 14.00 Taleh A.T – BDU
Qadınlar
11.00 Azərreyl-1 – Dəmiryolçu, 11.00 Azəri – BDU, 13.00 Xətai – UNEC, 13.00 Baku Stars - Azərreyl-2