
İdman
723
4.02.2018, 12:25
Cüdoçularımız yüksək pillələrdə
Beynəlxalq Cüdo Federasiyası (İJF) yeni reytinq cədvəlini açıqlayıb. Siyahını yığma üzvləri üçün uğurlu saymaq olar. Onlardan 10-u öz çəkilərində ilk “20-lik”də yer alıb. Belə ki, Orxan Səfərov (60 kq) yenə 7-ci, Nicat Şıxəlizadə (66 kq) 14-cü, Rüstəm Orucov 3-cü, Hidayət Heydərov (hər ikisi 73 kq) 4-cü, Məmmədəli Mehdiyev (90 kq) 11-ci, Tural Səfquliyev (90 kq) 17-ci, Elxan Məmmədov 4-cü, Elmar Qasımov (hər ikisi 100 kq) 6-cı, Uşanqi Kokauri (+100 kq) 18-ci, İrina Kindzerska (+78 kq) isə 7-ci pillədə qərarlaşıb.