Dünən Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə Avropa Kubokuna start verilib. Azərbaycan millisi ilk yarış günündə 1 qızıl medal qazanıb. 60 kq çəki dərəcəsində mübarizə aparan Tofiq Məmmədov bütün rəqiblərinə qalib gəlib. O, finala qədər Fransa, İspaniya və Bolqarıstan təmsilçilərini məğlub edib. Həlledici görüşdə rusiyalı Səxavət Hacıyevə qalib gələn Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Tofiq "Futbol+"in sahibi Vüqar Məmmədovun oğludu və bu onun böyüklər arasında beynəlxalq turnirlərdə ilk qızıl medalıdı.
Qeyd edək ki, Avropa Kubokunda qitənin 29 ölkəsindən 244 cüdoçu mübarizə aparır.