Sizin reklam burada

Polina Rəhimova özünə gəldi

Title
Polina Rəhimova özünə gəldi
Qadın voleybolçular arasında Türkiyə çempionatında 17-ci turun oyunları keçirilib. “Fənərbaxça” Bursada “Nilüfər Bələdiyəsi”nə qalib gəlib – 3:1 (23:25, 25:15, 34:32, 25:14). Polina Rəhimova 26 xalla komandasının ən məhsuldar oyunçusu olub. “Bəylikdüzü” İstanbulda “Halkbank”a şans tanımayıb – 3:0 (25:21, 26:24, 25:18). Oyunda ən çox xal toplayan Yana Kulan (25) olub. “Seramiksan” səfərdə “Qalatasaray”a uduzub – 2:3 (22:25, 20:25, 26:24, 25:22, 11:15). Odina Bayramova hesabına 16 xal yazıb. “Beşiktaş” isə evdə “Bursa BB” ilə bacarmayıb – 0:3 (23:25, 22:25, 19:25). Marqarita Əzizova cəmi 1 xal toplayıb. “Sarı-lacivərdlilər” 39 xalla ilk “3-lüy”ü qapayır. “Qartal” 20 xalla 7-ci pillədə qərarlaşıb. “Seramiksan”la “Bəylikdüzü” 17 xalla 9-10-cu yerləri bölüşür. Növbəti turda “Fənərbaxça” “İlbank”ı, “Bəylikdüzü” “Çanakkale Bələdiyəsi”ni, “Seramiksan” “Nilüfər Bələdiyəsi”ni, “Beşiktaş” isə “Halkbank”ı qəbul edəcək.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.