Hakimlərin Antalya şəhərindəki təlim-məşq toplanışı başa çatmaq üzrədi. Yanvarın 20-dən qardaş ölkədə olan ədalət təmsilçiləri sabah hazırlığa yekun vurub vətənə qayıdacaqlar. Bununla belə, Xaqani Məmmədovun yetirmələri yoldaşlıq görüşlərində idarəçiliyə davam edirlər. Yanvarın 31-də bizimkilər daha 6 oyunda söz sahibi olublar.
Arda Kırdjali (Bolqarıstan) – Hebar (Bolqarıstan)
Hakimlər: Nail Nağıyev, Zeynal Zeynalov, Vüqar Bayramov.
Çerno More (Bolqarıstan) – Tosno (Rusiya)
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Cəmil Quliyev.
Botev (Plovdiv, Bolqarıstan) – Montona (Bolqarıstan)
Hakimlər: Rəşad Əhmədov, Elman Kərimov, Vüsal Qənbərov.
Radniçki (Serbiya) – Tedjon (Cənubi Koreya)
Hakimlər: Etibar Həsənov, Rahil Məmmədov, Akif Əmirəli.
Priştina (Kosovo) – Akademiya (Makedoniya)
Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Mübariz Haşımov.
Çerno More (Bolqarıstan) – Dunarea (Rumıniya)
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Rahil Ramazanov.