"Barselona" gələn yay heyətini ulduz futbolçu ilə gücləndirmək niyyətindədi.
"Football-plus.az" xəbər verir ki, Kataloniya təmsilçisi Çempionşipdə mübarizə aparan "Lester"in 26 yaşlı yarımmüdafiəçisi Vilfred Ndidini transfer etmək üçün hərəkətə keçib. Bu barədə Barselonada nəşr olunan "Sport" qəzeti məlumat yayıb. Nigeriyalı oyunçunun "tülkülər"lə müqaviləsi 2024-cü ilin yayında başa çatır.
Qeyd edək ki, Ndidi 2016-cı ildən "Lester"də çıxış edir.