• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Zədələr, məcburi sistem dəyişikliyi və Maksimin əli - REPORTAJ

Reportaj / Avropa Liqası

10-11-2023, 10:0

Avropa Liqası
Qrup mərhələsi
H qrupu
Qarabağ – Bayer-04 0:1 (0:0)

99. Andrey Lunyov
(23. Luka Quqeşaşvili, 85)
29. Marko Veşoviç
(5. Maksim Medvedev, 83)
13. Bəhlul Mustafazadə
81. Kevin Medina
44. Elvin Cəfərquliyev
(55. Bədavi Hüseynov, 89)
6. Julio Romao
8. Marko Yankoviç
7. Yassin Benzya
(27. Toral Bayramov, 83)
15. Leandro Andrade
(66. Patrik Andrade, 83)
10. Abdulla Zubir (k)
18. Olavio Juninyo

Ehtiyat oyunçular
89. Amin Ramazanov
4. Rahil Məmmədov
17. Hamidu Keyta
19. Redon Cica
20. Riçard Almeyda
30. Abbas Hüseynov
90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov

17. Matey Kovarj
3. Pyero İnkapye
4. Conatan Ta
2. Yosip Stanişiç
20. Alexandro Qrimaldo
8. Robert Andrix
34. Qranit Caka
19. Natan Tella
(30. Jeremi Frimponq, 61)
21. Amin Adli
(7. Yonas Hofmann, 61)
10. Florian Virts
(23. Adam Hlojek, 90+7)
22. Viktor Bonifas

Ehtiyat oyunçular
1. Lukas Hradetski
36. Niklas Lomb
6. Odilon Kossunu
18. Noa Mamba
32. Qustavo Puerta
47. Ayman Aurir
Baş məşqçi: Xabi Alonso
Qol: V.Bonifas, 90+4–p.
Vərəqələr: K.Medina, 25. M.Veşoviç, 35. F.Virts, 68. Q.Caka, 69. Y.Hofmann, 69. L.Quqeşaşvili, 90+3. T.Bayramov, 90+7 – sarı.
Hakimlər: KREYQ POUSON, Simon Bennett, Li Betts, Con Bruks (hamısı İngiltərə)
VAR hakimi: Jarred Qavan Qillet (Avstriya)
VAR hakiminin köməkçisi: Miçel Salisbari (İngiltərə).
Hakim-inspektor: Qulfi Tor Orrason (İslandiya).
UEFA nümayəndəsi: Haris Qvozden (Bosniya və Hersoqovina).
9 noyabr. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 30055 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
11 (2) qapıya ("çərçivə"yə) zərbə 12 (4)
4 künc zərbəsi 5
0 ofsayd 2
15 qayda pozuntusu 8
4 (0) sarı (qırmızı) vərəqə 3 (0)
41 topa sahibolma (faizlə) 59

Oyun möhtəşəm azarkeş dəstəyi ilə başladı. Həm “Qarabağ”, həm də “Bayer-04” fanatlarının səs-küyündən qulaq batırdı. Qurban Qurbanov Leverkuzendəki oyundan dərs çıxarmışdı. “Köhlən atlar” bundesliqanın liderinə qarşı yenə açıq futbol nümayiş etdirir, meydanın hər qarışı uğrunda mübarizə aparırdı. İlk 15 dəqiqəsi olduqca sürətli və baxımlı keçdi. Lakin komandalar təhlükəli hücumlar qura bilmirdi. Sadəcə, 13-cü dəqiqədə əks-hücum zamanı Andradenin ötürməsini qəbul edən Benzyanın uzaqdan zərbəsi baxımlı alındı. Zaman keçdikcə almanlar təşəbbüsü ələ almağa başladı. “Köhlən atlar”ın xüsusi planı var idi: müdafiədə boşluq verməyərək cinahlardan əks-hücuma keçmək. Lakin bu, o qədər də asan deyildi. 23-cü dəqiqədə almanlar qol vurmağa yaxın oldu. Künc zərbəsindən ötürülən topu İnkapye başla qapıya göndərdi. Lakin Lunyov möhtəşəm qurtarışla topun qapıdan keçməsinə imkan vermədi.

“Qarabağ”ın Zubir – Benzya – Andrade - Juninyo hücum “dördlüy”ü qonaqların müdafiəsini təzyiq altında saxlayırdı. 35-ci dəqiqədə kapitan Zubir möhtəşəm driblinqlərlə azarkeşləri coşdurdu. Lakin komanda yoldaşları hücumu başa çatdıra bilmədi. Hissənin sonlarında Benzyanın zərbəsinin qarşısını müdafiəçilər ala bildi. Epizodun davamında Juninyo cərimə meydanında yerdə qalsa da, hakimin fiti susdu. İngilis referi qolkiperin hücumçuya qarşı qaydanı pozmadığını bildirdi. Bir dəqiqə sonra braziliyalı yenə diqqət mərkəzinə düşdü. Uzun reyd edən Juninyo topu düz qolkiperin qucağına göndərdi. 43-cü dəqiqədə “köhlən atlar” daha bir imkanı boşa verdi. Sağ cinahda müdafiəçini uşaq kimi aldadan Veşoviç topu Zubirə göndərdi. Vinger başla Juninyoya doğru ötürmə etdi. Lakin braziliyalının zərbəsindən sonra qolkiper yenə yerində idi. Bütün cəhdlərə baxmayaraq, ilk hissədə tərəflər qol vura bilmədi.

Komandalar 2-ci hissəyə dəyişikliksiz başladı. Fasilədən sonra ilk 15 dəqiqə ərzində “köhlən atlar” daha çox canfəşanlıq edirdi. Lakin bəzi hücumlarda Benzya işləri korlayırdı. Zubir isə “Bayer-04” müdafiəsinə başağrı olmağa davam edirdi. İşlərin qaydasında getmədiyini görən Xabi Alonso Tellanı Frimponqla, Adlini isə Hofmannla əvəzlədi. Lakin bu dəyişikliklər ilk dəqiqələrdə işə yaramırdı. Əksinə, “Qarabağ” daha çox hücuma atılmağa cəhd edirdi. 65-ci dəqiqədə “köhlən atlar” qola yaxın oldu. Sağ cinahdan Veşoviçin asmasını Elvin başla qapıya göndərsə də, top qapının üstündən keçdi. Müdafiəçu bu məqamda zərbə imkanını Zubirə buraxsaydı, bəlkə də daha yaxşı olardı.

Almanların hücumu isə daha təhlükəli alındı. 67-ci dəqiqədə meydana yenicə çıxan Hofmann ideal ötürmə ilə Bonifası zərbə mövqeyinə çıxartdı. Lakin nigeriyalı hücumçu Lunyovu keçə bilmədi. Epizodun davamında “köhlən atlar” rəqibi əks-hücumda yaxaladı. Juninyo bir qədər irəlilədikdən sonra qapıya zərbə endirsə də, top qapının üstündən keçdi. Zaman keçdikcə almanların əsəbləri tarıma çəkilir, onlar daha aqressiv oynamağa başlayırdı. Bunun nəticəsində hakim bir dəqiqə ərzində Leverkuzen təmsilçisinin 3 futbolçusunu sarı vərəqə ilə cəzalandırdı. Virts, Caka və Hofmann Pousonun qəzəbinə tuş gəldi. “Qarabağ” isə sakit tərzdə oyununu göstərirdi. Ağdamlılar 79-cu dəqiqədə yüzfaizlik qol imkanından yararlanan bilmədi. Hər şey Juninyonun topu Tadan oğurlaması ilə başladı. Epizodun davamında Elvinin yerlə ideal ötürməsini Benzya dəqiq zərbə ilə tamamlaya bilmədi. Bundan sonra “Bayer-04” daha da qəzəbləndi.

Komanda ardıcıl 3 dəfə künc zərbəsindən “Qarabağ”ın qapısı qarşısında təhlükə yaratdı. Dalğa Bonifasın qeyri-dəqiq zərbəsi ilə yekunlaşdı. Matçın sonları heç də “köhlən atlar” üçün yaxşı keçmədi. Lunyov zədələnərək meydanı tərk etdi. Bundan öncə isə Qurban Qurbanov Leandro, Benzya, Veşoviç “üçlüy”ünü meydandan çıxarmışdı. Onların əvəzinə mübarizəyə Patrik, Tural və Maksim atıldı. Ağdamlılardakı problemi hiss edən Leverkuzen təmsilçisi irəli atıldı. Bonifas iki epizodda real qol şansını əldən verdi. Son dəqiqələr həqiqətən də “Qarabağ” üçün faciə idi. Elvin də zədələnərək yerini Bədaviyə verdi. “Köhlən atlar” son dəqiqələri müdafiədə keçirməliydi. Lakin belə olmadı. Ona görə ki, ilk uzatma dəqiqəsində illərin təcrübəsi Maksim cərimə meydanında əllə oynadı. VAR-ın xəbərdarlığından sonra referi penalti təyin etdi. “Nöqtə”yə yaxınlaşan Bonifas hesabı açdı. “Qarabağ” son dəqiqələrdə irəli atılsa da, hesab dəyişmədi. Maraqlı məqam Avropanın ən formada olan komandasının son dəqiqələrdə “vaxt öldürməsi” idi. Beləliklə, Ağdam klubu hər iki oyunda “Bayer-04”ə uduzdu. Amma “köhlən atlar” Bakıda qələbəyə layiq oyun sərgilədi. Təəssüf ki, zədələr, məcburi sistem dəyişikliyi və Maksimin əli bizi heç-heçədən də məhrum etdi.

Gözdən qaçmadı
* Oyunu izləyənlər arasında gənclər və idman naziri Fərid Qayıbov da var idi.
* Oyunun başlamasına saniyələr qalmış stadion Azərbaycan bayrağına büründü.
* “Qarabağ Ordu” fanklubu oyundan əvvəl mənası “Məzarə qədər” olan “Until the grave” yazılı pankart açdı
* Stadionda bütün sektorlar dolmuşdu. Sadəcə, mərkəzdə yerləşən VİP tribunalar boş idi.
* 63-cü dəqiqədə Elvin Cəfərquliyev cırılan formasını dəyişdi.
* 76-cı dəqiqədə Lunyov zədələnərkən Elvin Cəfərquliyev “Bayer-04”ün ehtiyat oyunçular skamyasından su istədi.
* Medvedev meydana çıxanda Zubir kapitan sarğısını ona verdi.
* Lunyov meydanı tərk edərkən Xabi Alonso və köməkçisi onu təsəlli verdi.
* Penaltidən öncə Quqeşaşvili Lunyova yaxınlaşaraq məsləhət almaq istədi. Lakin hakim bu hərəkəti sarı vərəqə ilə cəzalandırdı.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

9-09-2023, 12:0

"Qarabağ" qrup oyunları üçün iştirak ərizəsini açıqladı

Premyer-liqa

20-10-2023, 17:0

"Turan Tovuz" - "Qarabağ: START HEYƏTLƏRİ

Çempionlar Liqası

22-07-2023, 11:0

"Qarabağ"ın iştirak ərizəsi UEFA-da

Premyer-liqa

30-10-2023, 17:0

"Araz-Naxçıvan" - "Qarabağ": START HEYƏTLƏRİ

Aktual

1-07-2023, 19:0

"Qarabağ"ın "Legiya"ya qarşı start heyəti

Premyer-liqa

5-08-2023, 20:0

"Qarabağ" - "Zirə": Heyətlər

Aktual
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
Son xəbərlər
  • Bu gün, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Bu gün, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Bu gün, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Bu gün, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Bu gün, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Bu gün, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Bu gün, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Bu gün, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Bu gün, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Bu gün, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Bu gün, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Bu gün, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Bu gün, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Bu gün, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Bu gün, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Bu gün, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Bu gün, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
Daha çox
Oxunub: 708
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 244
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 243
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə