Qurban Qurbanov “sülh”lə başladı
Topa nəzarətdə biz, qol imkanlarında rəqib
Yoldaşlıq oyunu
235. Azərbaycan – Moldova 0:0
1. Kamran Ağayev
4. Pavel Paşayev
(21. Təmkin Xəlilzadə, 61)
5. Maksim Medvedev
15. Ruslan Abışov
30. Abbas Hüseynov
20. Riçard Almeyda
(18. Coşqun Diniyev, 85)
2. Qara Qarayev
22. Əfran İsmayılov
(10. Ruslan Qurbanov, 23/17. Rəhman Hacıyev, 86)
19. Rahid Əmirquliyev (k)
(28. Cavid İmamverdiyev, 61)
16. Cavid Hüseynov
13. Mahir Mədətov
(11. Ramil Şeydayev, 76)
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
23. Rəşad Əzizov
3. Məhəmməd Mirzəbəyov
8. Bəhlul Mustafazadə
9. Emin Mahmudov
25. Elvin Yunuszadə
29. Anton Krivotsyuk
Baş məşqçi: Qurban Qurbanov

1. İlya Çebanu
2. İon Jardan
4. Patru Raku
5. Vyaçeslav Posmak
7. Andrey Kojokar (k)
9. Aleksandr Antonyuk
(17. Danu Spataru, 64)
22. Artyon Rozqonyuk
20. Aleksandr Paşenko
(6. Dan Taras, 76)
10. Aleksandr Dedov
(21. Sergey Pletike, 83)
19. Maksim Mixaylov
(16. Vadim Pairel, 67/8. Vladislav İvanov, 90+3)
18. Vladimir Ambros
(11. Vitali Damaşkan, 55)
Ehtiyat oyunçular
23. Sergey Paşenko
3. Valeri Makritski
13. Dinu Qraur
14. Radu Roqak
15. Andrei Makritski
Baş məşqçi: Aleksandr Spiridon
Vərəqələr: A.Hüseynov, 36. V.Posmak, 50 - sarı.
Hakimlər: HÜSEYN GÖÇƏK, Bahattin Durak, Tarik Ongün, Barış Şimşək (hamısı Türkiyə).
30 yanvar. Antalya. "Mardan" stadionu. 300 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Yığmanın Moldova ilə oyununu azərbaycanlı futbolsevərlər səbirsizliklə gözləyirdi. Ona görə yox ki, bu komanda ilə matçdakı nəticə bizi hansısa mötəbər turnirdə irəli daşıyacaq və ya final mərhələsinə çıxaracaqdı. Sadəcə, Qurbanovun millidəki debütü baxımından qarşılaşmanın əhəmiyyəti böyük idi. Həm baş məşqçi özü, həm onun komandası, həm də azarkeşlər Qurban bəyin ilk sınağında məğlubiyyət acısı yaşamasını istəmirdi. Hər nə qədər bu oyun yoldaşlıq xarakteri daşısa belə.
İndi isə start heyətinə nəzər yetirək. "Çərçivə"ni Kamrana etibar edən Qurbanov müdafiənin solunu Pavelə, sağını isə Abbasa tapşırmışdı. Sonuncu yığmada debüt matçına çıxdı. Mərkəzdə Medvedevlə Abışov qərarlaşmışdı. "Dayaq"da Qara ilə Riçard, onlardan bir qədər öndə isə Rahid mübarizə aparırdı. Yarımmüdafiəyə gəlincə, solda Hüseynov, sağda İsmayılov, irəlidə isə Mədətov yer almışdı. Göründüyü kimi, ilk “11-lik”də 7 “Qarabağ”lı var idi. Hadisələri qabaqlayaraq onu da bildirək ki, bu oyunda yığmanın baş məşqçisi daha 6 futbolçuya şans verdi. Bundan başqa, irəli xətt oyunçuları zaman-zaman yerdəyişmələr edirdi. Şübhəsiz, bu baş məşqçinin tapşırığı idi.
Artıq 4-cü dəqiqədə Rahidin geriyə səhv ötürməsi az qala yığmanın qapısında qol görməsi ilə nəticələnəcəkdi. Topu ələ keçirən Dedov qapıçı ilə üzbəüz qalsa da, "çərçivə"ni dəqiq nişan ala bilmədi. Az sonra Əmirquliyevin növbəti top itkisindən sonra millinin qapısı qarşısında təhlükə yarandı. Lakin Moldova bu fürsəti də dəyərləndirə bilmədi. Qurbanovun komandasının ilk yaddaqalan hücumu 11-ci dəqiqəyə təsadüf elədi. Mahir ideal ara ötürməsi ilə Cavidə fərqlənmək imkanı yaratdı. Ancaq Hüseynovun zərbəsini Çebanu zərərsizləşdirdi. “Qəbələ”li həmin şansı daha yaxşı dəyərləndirə bilərdi. Yeri gəlmişkən, yığmanın müdafiəsində anlaşılmazlıq diqqəti çəkir, boşluqlar bir-birini əvəz edirdi. Yaxşı ki, rəqibin irəli xətt oyunçuları fürsətləri dəyərləndirməyi bacarmırdı. 20-ci dəqiqədə Paşenko qüvvətli və təhlükəli vuruşla Kamranın sayıqlığını yoxladı. Ağayev həmin epizodda səhvsiz oynadı. Cəmi 3 dəqiqə sonra Qurbanov məcburi əvəzetməyə əl atdı. Zədələndiyi üçün Əfranın yerinə Ruslan oyuna daxil oldu. Sonuncu meydana çıxar-çıxmaz "atəşkəsi poza" bilərdi. Lakin Ruslan kornerdən ötürülən topu "çərçivə"yə yönəltsə də, qapıçı qola imkan vermədi. Ümumiyyətlə, Qurbanovun komandası tempi yüksək səviyyədə saxlaya, qələbə istəyini lazımi qədər göstərə bilmirdi. 31-ci dəqiqədə Rozbaviçin başla zərbəsindən sonra top qapının yanından keçdi. Millinin buna cavabı özünü çox gözlətmədi. Rahidin vuruşu zamanı Posmak topun tora daxil olmasına mane oldu. İlk hissənin qalan dəqiqələrində yalnız bir yaddaqalan vəziyyətin şahidi olduq. Daha doğrusu, fasiləyə 5 dəqiqə qalmış adi bir epizodda top az qala qapımızdan keçəcəkdi. Ağayevin səhvsiz oyunu hesabın açılmasının qarşısını aldı.
İkinci hissənin əvvəllərində ilk təhlükəli vəziyyəti Spiridonun yetirmələri yaratdı. Mixaylov iti bucaq altında “çərçivə”yə güclü zərbə endirsə də, Kamran komandasını qoldan xilas etdi. Topa nəzarətdə yığma üstün olsa da, futbolçularımız rəqib qapıçını narahat edə bilmirdi. 57-ci dəqiqədə Posmak yenidən diqqətləri üzərinə çəkdi. Onun künc zərbəsi zamanı başla vuruşunda dəqiqəlik çatmadı. Az sonra Qurbanov daha iki dəyişikliyə əl atdı. Əmirquliyevi İmamverdiyev, Paşayevi Xəlilzadə əvəzlədi. Lakin bu rotasiyalar millinin oyununa ciddi təsir göstərmədi. Bir müddət mübarizə əsasən meydanın mərkəzində getdi. 76-cı dəqiqədə əks-hücum zamanı moldovalılar hesabı açmağa yaxın oldu. Ancaq Spataru əla vəziyyəti bərbad vuruşla boşa verdi. Qalan dəqiqələrdə hər iki çalışdırıcı bir sıra dəyişiklikərə əl atmaqla daha çox futbolçuya oynamaq şansı yaratdı. Matçın sonuna kimi yığma yalnız bir qol vəziyyəti yarada bildi. Rəhmanın uzaqdan vuruşu zamanı qapıçı topun “çərçivə”yə daxil olmasına imkan vermədi. Hakimin final fiti Qurbanovlu millinin ilk oyundakı qolsuz heç-heçəsini rəsmiləşdirdi.
Təbii, yoxlama matçında nəticənin önəmli olmadığını bu idman növü ilə maraqlanan hər kəs yaxşı bilir. Həmçinin Qurbanovlu yığmanın ilk görüşündə uduzmaması da müsbət məqam kimi qeyd olunmalıdı. Bundan başqa, millidə “Qarabağ”ın oyun çalarlarını görmək mümkün idi və bu gözlənilirdi. Ancaq xətlərarası əlaqənin zəif olmasını, müdafiədə boşluqlara yol verilməsini, ötürmələrdəki səhvləri və hücumda effektli oyun sərgiləyə bilməməyi qeyd etməliyik. Fakt budu ki, topa nəzarətdə bizim, qol vəziyyətlərinin sayında isə rəqibin üstünlüyü vardı. Bəlkə də uduzmamaq düşüncəsi qələbə istəyinin önünə keçmişdi. Lakin bu qarşılaşmanın ilk cəhd olduğunu nəzərə alıb, komandanın zamanla daha yaxşı çıxış edəcəyinə, Qurbanov fərqinin özünü göstərəcəyinə və ən əsası, rəsmi matçlarda uğurlu nəticələr qazanacağına ümid edək, inanaq.
FARİZ

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər