Sizin reklam burada

“Traktorsazi” ÇL-də ərəblərin məngənəsində

Müəllif: football Tarix: 1-02-2018, 16:34 3 561 Baxış
“Traktorsazi” ÇL-də ərəblərin məngənəsində
“Traktorsazi”nin Asiya Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşib. Ərtoğrul Sağlamın komandası A qrupunda ərəb klubları ilə münasibətləri aydınlaşdıracaq. Fevralın 12-dən aprelin 17-dək davam edəcək mübarizədə “qurdlar” son klublararası dünya çempionatında yarımfinala qədər irəliləyən “Əl-Cəzirə” (BƏƏ), iki dəfə ÇL-in finalına yüksələn “Əl-Əhli” (Səudiyyə Ərəbistanı) və “Əl-Qarafa” (Qətər) ilə qarşılaşacaq. Artıq təqvim də müəyyənləşib. “Qırmızı-ağlar” mübarizəyə Təbrizdə start verəcək. Soydaşlarımız fevralın 12-də “Səhənd” stadionunda “Əl-Əhli”ni qəbul edəcək. Bir həftə sonra Qətərdə “Əl-Qarafa” ilə münasibətləri aydınlaşdıracaq Güney Azərbaycan klubu martın 5-də BƏƏ-də “Əl-Cəzirə”nin qonağı olacaq. “Traktorsazi” bu komandanı martın 13-də qəbul edəcək. Aprelin 3-də Səudiyyə Ərəbistanında “Əl-Əhli” ilə üz-üzə gələcək Sağlamın komandası qrupdakı son oyununu aprelin 17-də “Səhənd” stadionunda “Əl-Qarafa”ya qarşı keçirəcək. Yekunda ilk iki yerin sahibi pley-off mərhələsinə yüksələcək.
Qeyd edək ki, indiyədək 3 dəfə elit turnirdə iştirak edən “qurdlar” bunların birində qrupdan çıxıb. İki il əvvəl qrup lideri kimi 1/8 finala yüksələn “qırmızı-ağlar” BƏƏ “Əl-Nəsr”inə (1:4, 3:1) uduzaraq mübarizəni dayandırıb.
SƏRXAN
SON XƏBƏRLƏR