"Keşlə" yarımmüdafiənin mərkəzi ilə bağlı problemə, nəhayət, çarə tapıb. Ötən həftə baxışa gələn ukraynalı və braziliyalı orta sahə oyunçularını sınamasına rəğmən, bəyənməyən bakılılar heyətə yeni oyunçu cəlb edib. Üç gündü komandaya qoşulan Sezar Meza Kollinin durumu məşqçilər korpusu tərəfindən bəyənilib. Onunla mövsümün sonuna qədər müqavilə imzalanacaq. Sezar bu gün özünü məşqçilər korpusuna göstərmək imkanına malik olacaq. "Keşlə" Antalya toplanışı çərçivəsində son oyununu Rusiyanın aşağı liqa təmsilçisi "Yenisey”ə qarşı keçirəcək. Qarşılaşma yerli vaxtla saat 16.00-da başlayacaq.
Xatırladaq ki, paraqvaylı yarımmüdafiəçi 2013-16-cı illərdə "İnter"də (indiki "Keşlə") çıxış edib. O, son olaraq, ölkəmizdə "Zirə"də oynayıb. Əlavə edək ki, Sezar Meza Kollinin qardaşı Derlis Meza Kolli "Neftçi"nin üzvüdü.
MİRAĞA