Fransanın paytaxtı Parisdə Premyer Liqa turnirinə yekun vurulub. Rafael Ağayev (75 kq) finalda yaponiyalı idmançı Ken Nişimura ilə qarşılaşıb. Yığmamızın lideri son saniyələrində qələbəni əldən verib. Yeni qaydalara əsasən medal yalnız yarışın qaliblərinə təqdim olunub. Premyer Liqa seriyasından növbəti yarış fevralın 16-dan 18-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək. Bu gün vətənə dönəcək komandamız bu turnirin hazırlıqlarına başlayacaq.